Yuxarı

“Kapital Bank" 2019-cu ilin II rübünün nəticələrini elan etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kapital Bank" 2019-cu ilin II rübünün nəticələrini elan etdi

“Kapital Bank"ın aktivləri 1 iyul 2019-cu il tarixinə 3,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,6 milyard manat olub.

Axar.az xəbər verir ki, bankda müştəri depozitlərinin həcmi 1 iyul 2019-cu il tarixinə 2,8 milyard manat olub.

Bankın 1 iyul 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 327,6 milyon manat, adi və imtiyazlı səhmlər isə 225,8 milyon manat təşkil edir.

Qeyd edək ki, “Kapital Bank" Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank", 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.07.15 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla