Yuxarı

Tiflisin bu çatışmazlığını Bakı həll edəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyul ayının 1-dən etibarən Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalı həyata keçirir.

Report xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) rəsmi saytında bildirilib.

İyulun əvvəlindən 18-dək qonşu ölkə Azərbaycandan 41,1 mln kilovatt/saat elektrik enerjisi tədarük edib.

Ötən ilin iyul ayında isə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin həcmi 1,16 mln kilovatt/saat təşkil edib. Onun da 1,14 mln kilovatt/saatı Azərbaycanın payına düşür, qalan həcmi isə - 17,73 min kilovatt/saat elektrik enerjisini Gürcüstan Rusiyadan idxal edib.

İyul ayında qonşu ölkə adətən elektrik enerjisi ixrac edir, idxal isə təxminən sıfıra bərabər olur.

Hazırda Azərbaycandan həyata keçirilən idxal Gürcüstandakı SES-lərdə aşağı istehsal və elektrik enerjisinin istehlakının artması ilə əlaqədardır.

Tarix
2019.07.22 / 13:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla