Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2019


Dollar ucuzlaşacaq – Ekspert səbəbi açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcələrinin 2 faizə qədər endirməsi mövcud tələblə əlaqədardır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Elşən Bağırzadə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin bu il ikinci dəfə faiz dərəcəsini endirməsi ilə bağlı qərarını şərh edərkən deyib. O, ABŞ Prezidenti Donald Trampın sözügedən qərardan narazı qalmasının səbəblərini də açıqlayıb:

“ABŞ 2000-ci illərin əvvəllərində genişləndirilmiş pul siyasəti həyata keçirir və bunun nəticəsində ABŞ-ın dünya iqtisadiyyatında rolu əhəmiyyətli dərəcədə artıb. Bu, həm də dünya iqtiadiyyatı, xüsusilə inkişaf etmiş ölkələr üçün çox faydalı oldu. Genişləndirilmiş və daraldıcı pul siyasəti heç vaxt fasiləsiz, daimi ola bilmir. Müəyyən müddət genişləndirici pul siyasəti həyata keçiriləndən sonra növbəti mərhələdə daraldıcı pul siyasəti həyata keçirilməlidir. Yəni iqtisadiyyatda doyum həddi var.

Hakimiyyətə gələndən sonra Trampın mövcud qurumlar arasında həyata keçirdiyi siyasətdə ziddiyət var. Bu qurumlardan biri də FES-lə bağlıdır. FES ABŞ-da müstəqil qurumdur və ona hökumətin müdaxiləsi qanunvericiliklə qadağandır.

Tramp Çinə qarşı ticarət müharibəsi həyata keçirir. Onun xarici ticarətlə bağlı bəlli hədəfləri var və bu hədəflərin reallaşdırılması üçün FES-ə təzyiq edir. Amma düşünürəm ki, Trampın FES-ə təzyiqləri o qədər əhəmiyyətli olmayıb. Uzun müddətdir bahalı pul siyasəti həyata keçirən FES indi yenidən ucuz pul siyasətinə doğru hərəkət edir. Faiz dərəclərinin endirilməsinin əsas səbəbi budur.

Fikrimcə, bu, hazırkı şəraitdə ABŞ iqtisadiyyatı üçün daha faydalı olan bir yoldur. Bu siyasətdən geri addım atılacağını düşünmürəm”.

İqtisadçının sözlərinə görə, FES-in uçot dərəcələrini endirməsindən sonra dollar dünya bazarında ucuzlaşa bilər:

”Bu qərardan sonra heç şübhəsiz ki, faiz dərəcələrinin aşağı düşməsi ABŞ iqtisadiyyatına dollar şəklində qoyulan investisiyaların digər ölkələrə yönəlməsinə gətirib çıxara bilər. Bu da dolların avro qarşısında müəyyən qədər ucuzlaşmasına səbəb ola bilər. Amma bu, çox böyük bir dəyişikliklə nəticələnməyəcək. Çünki endirilmə faizi əslində çox böyük deyil. Bu proses tədricən baş verir. Heç şübhəsiz ki, hər endirilən faiz dərəcəsi ABŞ dollarının dünya bazarındakı dəyərinə təsir göstərir. Sözügedən qərar həm də ABŞ-ın ixracatına müsbət təsir göstərir. Düşünürəm ki, faiz dərəcələrinin endirilməsi ABŞ ixracatına müsbət təsir göstərirsə, dolların o qədər də dəyərdən düşməsindən söhbət gedə bilməz”.

İqtisadçı FES-in uçot dərəcələrini endirməzən əvvəl bazarda tələbat formalaşdırdığını bildirib:

“FES bu qərarı boş yerə vermir. Hər halda ABŞ-ın iqtisadi göstəricilərinə baxılır. Mövcud şəraitdə isə iqtisadi göstəricilər kifayət qədər yaxşıdır. FES düşünür ki, artıq belə yüksək faiz dərəcələrini saxlamqla iqtisadiyyata zərər verə bilər. Biz buna “iqtisadiyyatın isinməsi” deyirik.

FES prezidentlərin dediyi ilə yox, makroiqtisadi göstəricilərlə hərəkət edir. Makroiqtisadi göstəricilər də faiz dərəcələrinin aşağı salınmasını tələb edir.

FES uçot dərəcəsini hər dəfə endirməzdən əvvəl o gözləntini yaradır. Buna görə də uçot dərəcəsi endiriləndə dünya iqtisadiyyatında qarışıqlıq baş vermir. Gözləntilər bu şəkildə idarə olunur. Əksinə, gözləntini yaradıb faiz dərəcələrini endirməyəndə daha çox problemlər yaranır. Bu endirmə də il ərzində tədricən baş verir. Bazar iştirakçıları bu prosesə uyğunlaşa bilir”.

Qeyd edək ki, ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 1,75-2 faizə salıb.

Tarix
2019.09.19 / 13:55
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ölkədəki taksit kartların 65 faizi... - İmamov

Azərbaycanda əhalinin gəlirləri artdı

Prezidentdən nazirə: Belə davam edərsə... - Video

Minimum pensiyanın artırılması üçün... - İlham Əliyev

ABB-nin IBA Tech Akademiyası fəaliyyətə başladı

Kapital Bank 2019-cu ilin III rübünün nəticələrini elan etdi

"Əsas məqsədimiz sahibkarların yaxın dostu olmaqdır"

Trampın sanksiyası lirəni necə vuracaq?

Neftin qiyməti ucuzlaşdı

İran tankeri vuruldu, neft bahalaşdı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla