Yuxarı

Azərbaycan bu ölkə ilə 8 yeni saziş imzalayacaq - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Səudiyyə Ərəbistanı 8 yeni sazişin imzalanması üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Milli Gününə həsr olunmuş tədbirdə maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov bildirib: "Bu günə qədər iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində 20 sənəd imzalanıb, tərəflər 8 yeni sənəd üzərində işləyirlər".

Daha sonra nazir qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında yaxın münasibətlər mövcuddur.

"1991-ci il 30 dekabrda Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu. 1992-ci ilin fevralında iki ölkə arasında diplomatik əlaqələr quruldu".

S.Şərifov qeyd edib ki, ölkələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər:

"Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Azərbaycan Səudiyyə Ərəbistanının bu məsələdəki prinsipial mövqeyini yüksək qiymətləndirir".

Tarix
2019.09.23 / 22:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla