Yuxarı

BP Azərbaycanda kütləvi ixtisarlar apardı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"BP Azərbaycan" şirkətində 105 yerli və 150 xarici işçi ixtisar edilib.

Axar.az xəbər verir ki, aparılan ixtisarlar ümumilikdə işçilərin 7,8 faizinə təsir edəcək.

Neft nəhəngi BP-nin ("British Petroleum") Londondakı qərargahından "BBC Azərbaycanca"ya verilən məlumata görə, ixtisarlar neft istehsalı əməliyyatlarında iştirak edən işçilərə deyil, daha çox ofis işçilərinə təsir edəcək.

"Yəqin ki, bundan sonra daha bir kütləvi işdən çıxarılmalar dalğası olmayacaq", - BP mətbuat xidmətindən Robert Vayn deyib.

Şirkət bildirib ki, ixtisarlar Azərbaycanın müvafiq qanunvericiliyinə, o cümlədən "BP-Azərbaycan" şirkətinin Davranış Kodeksinə uyğun şəkildə aparılıb.

Ötən ay BP bəyan etmişdi ki, 2015-ci il ərzində şirkət strukturun dəyişilməsinə - yəni ixtisarlara 1 milyard dollar və bunun Azərbaycana da təsiri olacaq.

Tarix
2015.01.28 / 16:27
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla