Yuxarı

Nazir gələn ilin büdcə xərclərini açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il və ortamüddətli dövrdə Azərbaycanın milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol xəritələrinin icrası, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas istiqamətlərindən biri olacaq.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, gələn il üçün ÜDM-in real iqtisadi artımı 3 faiz, qeyri-neft sektorundan gələn artımlar isə 3,8 faiz proqnozlaşdırılır:

“Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək. 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat təşkil edəcək. Gəlirlərin 10 milyard 605 milyon manatı, yəni 43,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 530 milyon manatı, yəni 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək. Vergi orqanlarının xətti ilə büdcəyə 7 milyard 875 milyon manat, gömrük orqanlarının xətti ilə isə 4 milyard manat daxilolmalar proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat transfer nəzərdə tutulur. Büdcənin xərcləri isə 26 milyard 914 milyon manat təşkil edəcək. Xərclərin 17 milyard 276 milyon manatı cari xərclərə, 7 milyard 810 milyon manatı əsaslı xərclərə, 1 milyard 828 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Bu illə müqayisədə növbəti ildə elm xərclərinə 42,1 faiz, təhsil xərclərinə 38,3 faiz, səhiyyə xərclərinə 31,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 31,1 faiz, mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 29,3 faiz, müdafiə və hüquq-mühafizə orqanlarının saxlanması xərclərinə 22,5 faiz çox vəsait nəzərdə tutulub. Dövlət büdcəsinin 10 milyard 210 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Müdafiə və təhlükəsizliyin təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən hüquq-mühafizə orqanları, prokurorluğun saxlanması xərcləri üçün 5 milyard 827 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.

Tarix
2019.11.12 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

COP29-un bağlanış iclası: ikinci hissə keçirilir - Canlı

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla