Yuxarı

"Şahdəniz" layihəsinin yekun sazişi imzalandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı qəbul edilib.

Sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qordon Birrell imzalayıb (Trend).

2013-12-17 11:06:30

Bu gün Azərbaycanda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalama mərasimi keçirilir.

"Axar.az" məlumat verir ki, artıq qərarın imzalanması üçün bir çox dövlətin ölkə və hökumət rəhbərləri artıq Bakıdadır.

Qərar imzalandıqdan sonra Azərbaycan qazının Transadriatik boru kəməri (Trans Adriatic Pipeline) vasitəsiylə Qərbi Avropaya çatdırılması tam rəsmiləşəcək. Bunun nəticəsində ilk dəfə olaraq Xəzər hövzəsindən Avropa İttifaqına təbii qaz daxil olacaq. Nəticədə rəsmi Brüsselin irəli sürdüyü "Cənub dəhlizi" layihəsi reallaşacaq.

Transadriatik boru kəməri Xəzər hövzəsindən qazı Albaniya və Yunanıstan vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyaya çatdırılması nəzərdə tutulur. Bundan sonra o, Apenin yarımadasından Qərbi Avropa ölkələrinə paylanılacaq.

Ekspertlər "Şahdəniz-2"ni çox bahalı bir layihə kimi qiymətləndirirlər. Ümumiyyətlə, indiyə qədər Xəzər dənizində "Kaşağan"nın 1-ci fazasının icrasından sonra ikinci belə bir proyekt həyata keçirilməyib. Belə ki, proyektin icra müddətinin 30 milyarda qədər bahalaşacağı nəzərdə tutulur. Transadriatik boru kəmərinin rəsmi saytında verilən məlumata əsasən, layihənin həyata keçirilməsi üçün yatırılan investisiyanın həcmi isə 45 milyard dollardır. Başqa bir məlumatda isə kəmərin çəkilməsinin dövlətin maliyyə yardımı hesabına həyata keçirilmədiyi yazılıb.

800 km uzunluğunda olacaq Transadriatik boru kəmərinin ilkin olaraq Avropa bazarına 10 milyard kub metr Şahdəniz qazını çıxartmalıdır. Daha sonra isə gücün iki dəfəyə qədər artırılması planlaşdırılır.

Tarix
2013.12.17 / 11:40
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla