Yuxarı

Bağlanan banklarda əmanətləri olanların nəzərinə!

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankının lisenziyalarını ləğv etdiyi “AG Bank” və “NBC Bank” ASC-lərdə qorunan əmanətlərə görə kompensasiya verilməsi üçün agent bank qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) seçilib.

Axar.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, kompensasiyalar nağdsız qaydada, “Əmanətlərin tam sığortalanması haqqında” qanuna uyğun olaraq ödəniləcək.

ABB-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

- 16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər;

- 15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən çox olan əmanətlər.

Əmanətçilərdən kompensasiyaların alınması üçün əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədləri (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədi təqdim etmələri xahiş olunur.

Qorunan əmanətçilər ərizə formalarını iyunun 16-dan ABB-nin müvafiq filiallarından və www.adif.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı filial şəbəkəsi barədə əlavə məlumat veriləcək.

Qorunan əmanətçilər hesabdan çıxarışları 10 iyun 2020-ci il tarixindən ləğv prosesində olan “AG Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küçəsi, 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından, ləğv prosesində olan “NBC Bank” ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müfaviq filiallarından əldə edə bilərlər.

“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Tarix
2020.06.05 / 13:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla