Yuxarı

SOCAR ABŞ-la birgə müəssisə yaratdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının texnologiya, layihələndirmə, satış və tikinti şirkəti olan KBR ilə SOCAR arasında Azərbaycanda yeni layihələndirmə və dəstək xidmətləri şirkətinin yaradılmasına dair müqavilə imzalanıb.

APA-nın məlumataına görə, KBR və SOCAR-ın dəstəyi ilə yaradılacaq yeni şirkət ilk növbədə Azərbaycanda yuxarı, orta və aşağı axın neft və qaz sektorları ilə bağlı layihələrin dizayn, layihələndirmə, texniki, satış, tikinti nəzarəti və layihə idarəçiliyi xidmətlərini həyata keçirəcək. Bundan başqa, Bakıda yaradılacaq olan şirkət layihələrin idarə edilməsi, müqavilələrə nəzarət, planlaşdırma və qiymətə nəzarət də daxil olmaqla, layihənin bütün mərhələləri ilə bağlı texniki tələbləri hazırlayacaq.

KBR-nin prezidenti və baş icraçı direktoru Stüart Bradye şirkətin Azərbaycanla uğurlu əməkdaşlığından qürur duyduğunu bildirib. "KBR Azərbaycanda 1994-cü ildən bəri müxtəlif layihələr üzrə işləyir. Bu birgə müqavilə KBR-in Azərbaycana davamlı və qiymətli təlim və tədris proqramlarını gətirmə imkanlarını əks etdirir. Biz SOCAR-ın nailiyyətlərini dəstəkləmək məqsədilə bu yeni layihələr vasitəsilə təcrübəmizdən, sistem və prosedurlardan istifadə etməyi səbirsizliklə gözləyirik", – deyə şirkət prezidenti qeyd edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə bildirib ki, bu birgə müəssisə Azərbaycanda dünya şöhrətli layihələndirmə şirkətinin yaradılması ilə bağlı niyyətini həyata keçirməyə yardımçı olacaq.

Tarix
2015.03.29 / 11:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla