Yuxarı

Qızıl bahalaşacaq - Proqnoz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya miqyasında qızıl və almaz ehtiyatları mövcud yataqlarda aparılan hasilatın hazırkı tempi ilə 20 ilə bitəcək. Platin, mis və nikel hasilatı isə 40 ilə kifayət edəcək.

Report-un məlumatına görə, bu hesablamalar "Goldman Sachs"ın analitikləri tərəfindən aparılıb.
Qiymətli metallara tələbatın artması əsasən yeni yataqların kəşf edilməməsi ilə bağlıdır. Əslində isə bu metalların hasilatının maya dəyəri o qədər də yüksək deyil. "Goldman Sachs"ın proqnozlarına görə, artıq 2015-ci ildə dünya qızıl hasilatı pik həddə çata bilər və növbəti illərdə azalmağa başlayacaq. Bu səbəbdən qızılın qarşıdakı illərdə artım tempini qoruyacağı gözlənilir.

Daha öncə buna bənzər açıqlama ilə dünyanın nəhəng qızıl hasilatçılarından olan "Goldcorp" şirkətinin rəsmiləri çıxış edərək bildiriblər ki, qızıl hasilatı 1995-ci ildə rekord həddə kəşf olunan yataqlarda başlanan hasilat nəticəsində 2015-ci ildə pik həddə çatacaq, 2022-ci ildə isə hasilat yeni yataqlar kəşf edilməsə minimum həddə düşə bilər.

Qızıl hasilatı neçə illərdir stabil səviyyəsini qoruyur, amma yeni qızıl yataqları istismara verilmir və hətta sayca azalır. Qeyd edək ki, qızılın 1 unsiyası 2011-ci ildə maksimum 1 889,7 dollar qiyməti ilə satılırdısa, hazırda qiyməti 1 187 dollar/unsiyadır. Ötən il isə orta qiymət 1 266 dollar/unsiya olub.

Rusiya qızıl hasilatını 7% artıraraq 2014-cü ildə 272 tona çatdırıb və bununla da Avstraliyanı ötərək dünya qızıl istehsalçıları reytinqində ikinciliyə yüksəlib. İlk sıranı isə 2014-cü ildə 465,7 ton qızıl istehsalı ilə Çin tutur.

Tarix
2015.04.01 / 15:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla