Yuxarı

Manata təzyiqlər: Qərarı MB verəcək – Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manata təzyiqlər: Qərarı MB verəcək – Millət vəkili

Bütün hallarda manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın verəcəyi qərardan asılıdır. Biz onun tərəfdarıyıq ki, Mərkəzi Bank tərəfindən mütəmadi olaraq ictimaiyyətə məzənnə, eləcə də makro-iqtisadi stabilliklə bağlı məlumatlar təqdim olunsun.

Bunu Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Milli Məclisdə manata təzyiqlərin artması barədə səsləndirilən fikirləri şərh edərkən deyib. Millət vəkili bildirib ki, ölkənin əsas bankı bu istiqamətdə kommunikasiyasını genişləndirib:

“2020-ci ildə ölkədən icrac olunan məhsulların həcmi pandemiya səbəbindən təxminən 40 faiz azalacaq. Bu halda Mərkəzi Bank praktik olaraq mövcud aktivləri hesabına tələbi ödəyə bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, beş ayın nəticəsinə görə, idxal göstəriciləri də 40 faizdən çox aşağı düşüb. Altı aylıq yekunlarda da təxminən 30 faiz azalma var. Nəzərə alaq ki, ölkədəki valyutanın əhəmiyyətli hissəsi – təxminən 90 faizi məhz idxal məhsulları üçün sahibkarlar tərəfindən alınır, o baxımdan da bu nüans Mərkəzi Banka müəyyən manevr imkanları verir. Amma bütün hallarda manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılıdır”.

Vüqar Bayramovun sözlərinə görə, birmənalı şəkildə Mərkəzi Bank məzənnə siyasətində aparıcı mövqeyə malikdir:

“Azərbaycanda üzən məzənnə siyasətinə tam keçilmədiyi üçün Mərkəzi Bankın qərarı əsasdır və manatın məzənnəsini də MB təyin edir”.

Tarix
2020.08.06 / 15:26
Müəllif
Tural Turan
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla