Yuxarı

Nazir manat devalvasiyasından danışdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hazırda tam olaraq bazar iqtisadiyyatına keçmiş bir ölkədir.

APA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

"Bazar iqtisadiyyatının bütün qanunları Azərbaycanda özünü büruzə verir. Azərbaycanın milli valyutası olan manatın məzənnəsində də biz bunu müşahidə edirik. Manatın məzənnəsinin möhkəmlənməsi şübhəsiz ki, Azərbaycana xarici valyutanın daxil olması ilə əlaqədardır. Əvvəlki illərdə biz manatın məzənnəsinin ifrat dərəcədə yüksəlməsinin qarşını alırdıq. Bunun üçün xüsusi mexanizm olan Dövlət Neft Fondu yaradıldı və valyutanın böyük bir qismi həmin fonda yönəldilirdi ki, Azərbaycanın makroiqtisadi vəziyyəti mənfi təsirlərə məruz qalmasın", - deyə nazir qeyd edib.

S.Şərifov qeyd edib ki, gələcəkdə də manatın məzənnəsi "bazarda baş verən hadisələrdən" asılı olaraq dəyişəcək. Nazir bunu normal hal hesab edir.

Bununla yanaşı, S.Şərifov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı kəskin devalvasiyanın baş verməsinin qarşısını almaq iqtidarındadır.

Tarix
2015.05.03 / 13:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla