Yuxarı

SOCAR şefi iranlı həmkarı ilə görüşdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 12-də SOCAR-ın Baş ofisində Rövnəq Abdullayev İranın Neft nazirinin müavini Amirhosseyn Zamaniniya və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Axar.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqları səmimi salamlayan Rövnəq Abdullayev son zamanlar Azərbaycanla İran arasında münasibətlərin iqtisadiyyatın müxtəlif sahələrində daha da genişlənməsi, xüsusilə iki ölkənin neft-qaz sektoruna daxil olan şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoqun intensivləşməsini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib.

SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev iki dövlətin tarixən mövcud olmuş dostluq əlaqələrindən söz açmış, neft sənayesi mütəxəssisləri arasında yaranmış həmkar münasibətlərinin daha da dərinləşməsinin vacibliyini qeyd edib.

İranın Neft nazirinin müavini Amirhosseyn Zamaniniya Azərbaycana "Bakı 2015" Birinci Avropa oyunlarının açılış mərasimində iştirak etmək məqsədi ilə gəldiklərini söyləyərək, bu böyük tədbirin qardaş Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qonaq Bakıya ilk dəfə səfər etdiyini və burada qədimliklə müasirliyin ahəngdar vəhdətindən böyük təəssürat qazandığını nəzərə çatdırıb, İran şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda göstərdikləri səmərəli fəaliyyət üzərində xüsusi dayanaraq, iki qonşu ölkənin bu sahədə zəngin təcrübəyə malik olduqlarını və həmin təcrübənin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratdığını ifadə edib.

Qeyd edək ki, görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2015.06.12 / 21:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla