Yuxarı

İrəvanın gizli oyunu: Rusiya və İran savaşa çıxır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın gizli oyunu: Rusiya və İran savaşa çıxır

Rusiya daha böyük qaz yataqlarına malik olan İranın Avropaya və yaxud postsovet bazarlarına çıxmasına imkan verməyəcək.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. Sabiq dövlət müşaviri hesab edir ki, İran bu addımı ilə Azərbaycanın da maraqlarına qarşı çıxır:

"İran təkcə Ermənistan üzərindən Gürcüstana deyil, eyni zamanda, Avropaya da çıxış yolu axtarır. Tehran TANAP-a və Azərbaycanın digər qaz layihələrinə alternativ qaz kəməri formaşlaşdırmaqla Bakı qazının əhəmiyyətini azaltmağa çalışır. Bu məsələdə İranı qızışdıran tərəflərdən biri də Ermənistandır. Açıq desək, Gürcüstan qaz xətlərinin şaxələndirilməsi adı altında məsələni ört-basdır etməklə öz siyasi maraqlarını güdür. İran isə Azərbaycanın həm rus, həm də Qərb siyasətinin əleyhinədir. İranın Ermənistana qaz kəmərini necə çəkəcəyi isə əslində elə də asan məsələ deyil".

Politoloq bildirib ki, İran postsovet məkanı bazarlarına qaz çıxarmağa başlasa, Rusiya ilə maraqları toqquşacaq:

"Rusiya hətta bu barədə bir dəfə Ermənistana qəti surətdə etirazını bildirib. Kreml İran qazının Ermənistandan keçərək Gürcüstana getməsinə qarşıdır. Çünki İran qaz siyasətindən istifadə edərək Avropaya yol aça bilər. Ən azından Cənubi Avropa, Ukrayna, Bolqarıstana qaz çıxara bilər. İran bu addımı ilə Azərbaycanın da maraqların qarşı çıxır. Tehranın İrəvanla belə bir yaxınlaşamaya getməsi onu göstərir ki, İran səmimi deyil".

Q.Hüseynlinin sözlərinə görə, Moskva Ermənistanın İran siyasi rəhbərliyini şirnikləndirərək Tehranla avantürist layihəyə getməsinə icazə verməyəcək:

"Çünki bu, birbaşa Rusiyanın maraqlarına ziddir. Rusiya daha böyük qaz yataqlarına malik olan İranın Avropaya və yaxud postsovet məkanı bazarlarına çıxmasına imkan verməyəcək. Danışıqlara baxmayaq, mən bu işin baş tutacağı qənaətində deyiləm".

Qeyd edək ki, bir müddət öncə İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kameli rəsmi Tehranın Gürcüstana Ermənistan vasitəsilə qaz ötürməsi barədə Tiflislə danışıqlar aparıldığını açıqlayıb. O bildirib ki, layihə Gürcüstan və İran arasında müvafiq razılaşmalara uyğun həyata keçiriləcək. Bu baş tutarsa, İran Ermənistan üzərindən Gürcüstana sutkada 300-350 milyon kubmetr qaz nəql edə biləcək.

Tarix
2016.01.07 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan

İlham Əliyev iki ölkə liderini təbrik etdi

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla