Yuxarı

Daha 3 iri bank birləşir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 3 iri bank birləşir

Yaxın vaxtlarda Azərbaycanda başlayan bankların konsolidasiya prosesi çərçivəsində "Paşa Bank", "Kapital Bank" və "Ata Bank" ASC-lərin birləşəcəyi gözlənilir.

Report-a bu barədə bank mənbələrindən məlumat verilib.

Lakin bu bankların rəsmiləri mümkün konsolidasiya ilə bağlı konkret cavab verməyiblər.

"Paşa Bank"da məlumatı nə təsdiq, nə də təkzib ediblər. Bankdan rəsmi olaraq bu barədə məlumatsız olduqlarını açıqlayıblar.

"Kapital Bank"da isə məlumatı təkzib ediblər.

"Ata Bank"da da məlumatı nə təsdiq, nə də təkzib ediblər. "Ata Holding"də bu barədə hər hansı məlumatın olmadığı bildirilib.

Qeyd edək ki, "Kapital Bank"ASC-nin səhmlərinin 99,87%-i "Paşa Holdinq"ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. manatdır.

"Paşa Bank"ın səhmdarları isə iki hüquqi şəxs "Pasha Holding Ltd." (60%), "Ador Ltd." (30%) və bir fiziki şəxsdor (Arif Pashayevdir, 10%). Bankın nizamnamə kapitalı 333, 0 mln. manat təşkil edir.

"AtaBank"ın səhmdarları "AtaHolding"ASC (76%) və fiziki şəxslərdir (24%), nizamnamə kapitalı (31.03.2015-ci il vəziyyətinə) 50 mln. mln. manatdır.

Qeyd edək ki, hazırda ölkədə 37 bank fəaliyyət göstərir. Bu il ərzində Mərkəzi Bank tərəfindən 6 bankın -"Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBC Bank", "Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-lərin bank lisenziyaları ləğv edilib.

Tarix
2016.01.27 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla