Yuxarı

Ekspert ləğv olunacaq kreditlərdən danışdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fors-major hallarda banklar öz müştərilərinə güzəştə gedə bilərlər.

Bu sözləri Axar.az-a açıqlamasında bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev deyib. Ekspert Milli Məclisin kiçik həcmli kreditlərin silinməsi ilə bağlı təkliflər paketini dəyərləndirib:

"Müştərinin krediti ödəmək iqtidarında olmadığını nəzərə alsaq, ümumiyyətlə, banklar kiçik həcmli kreditlərlə bağlı güzəştə gedə bilərlər. Bunun üçün əsaslar var. Kredit verən hər bir bank öncədən öz ehtiyat fondunu yaradır. Bu, Mərkəzi Bank və Beynəlxalq Audit Təşkilatları tərəfindən qoyulan bir tələbdir. Tələbə əsasən, kredit verilən zaman həmin kreditlərin qaytarılmama riskinə görə mütləq şəkildə ehtiyat fondu yaradılır. Sözügedən fondlar bütün banklarda var. Yəni fors-major hallarda banklar öz müştərilərinə güzəştə gedə bilər. Ancaq burada bir məsələ var ki, əgər banklar həmin ehtiyat fondunu xərcləmək istəməsələr, onlara təzyiq etmək olmaz. Banklar müstəqil bir təşkilat olduğundan ancaq tövsiyə xarakterli nəsə demək olar. Çünki hər bir bank öz səhmdarlarının çıxardığı qərarlara tabedir".

Tarix
2016.04.28 / 21:51
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Keçmiş gömrük əməkdaşının cəzası elan olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla