Yuxarı

Neftlə bağlı mühüm gəlişmə - Növbəti 4 ay

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft bazarı qiymətləri artıracaq məlumatlara daha ciddi reaksiya verir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, neftin ucuzlaşması bu istiqamətdə investisiya axınını azaldıb:

"Bu isə növbəti dövrlər üçün neft hasilatının azalması ehtimalını artırır. Hazırda çox maraqlı situasiya yaranıb. Neft bazarı qiymətləri artıracaq məlumatlara daha ciddi reaksiya verir. Yaranmış situasiya yay turizm mövsümü ilə bağlı neftə olan tələbatın artması, eyni zamanda, dolların məzənnəsi ilə bağlı FES-in (ABŞ Federal Ehtiyat Sistemi) daha ehtiyatlı davranması ilə bağlıdır. Çünki dolların bahalaşması dünya bazarlarında əmtəələrin qiymətinin azalmasına gətirib çıxarır. FES-in faiz dərəcələrini artırma ehtimalı aşağı düşdüyündən dolların mövqeyi zəifləyir. OPEK-in Doha görüşündən sonra iyun üçün nəzərdə tutulan toplantıda hasilatın dondurulmasına növbəti şəraiti yaratması da neftin bahalaşmasını labüd edir. Hazırkı neft qiymətləri ilə ABŞ-da şist (Slans) neftini hasil etmək səmərəli olmadığından bu istiqamətdə ciddi investisiya geriləməsi nəzərə çarpır. ABŞ-da hər ay qazılan neft quyularının həcmi son 10 ilin minimumuna çatıb. Bu, növbəti dövrlərdə Amerikada şist neftinin hasilatını azaldacaq. Çərşənbə günü ABŞ-da neft ehtiyatları ilə bağlı göstəricilərin açıqlanması və ardıcıl olaraq ikinci ay azalması da özlüyündə neft qiymətlərini artırır".

İqtisadçı bildirib ki, İranın OPEK-dən kənar ölkələrdə hasilatın gözlənilən azalmasını, yəni 700 min barreli kompensasiya edə bilməməsi neft qiymətlərinə təsir edəcək:

"Tələb çox olduğundan avqusta qədər neftin qiymətində artımlar baş verə bilər. Bundan sonra isə əgər OPEK hasilatın dondurulması ilə bağlı qərar verməzsə, neft yenidən ucuzlaşacaq. OPEK-in bahalı neft siyasətinə qarşı çıxmasının əsas səbəbi məhz ABŞ və digər şist neft hasilatçısı olan ölkələrdə istehsala münbit şəraitin formalaşmasının qarşısını almaqdır".

Qeyd edək ki, neft ölkələrinin Dohada keçirilən 17 aprel görüşü nəticəsiz başa çatıb. Növbəti görüş iyunda Vyanada keçiriləcək.

Bundan öncə isə OPEK-ə üzv olan və neft ixrac edən digər ölkələr hasilatın dondurulması ilə bağlı mayda Rusiyada yenidən toplanacaqlar.

Tarix
2016.04.30 / 09:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla