Yuxarı

Qara qızıl analitiklərin proqnozlarını necə alt-üst etdi?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Analitiklər neftin qiymətinin belə tez artacağını gözləmirdilər.

ANS-in məlumatına görə, bu barədə "The Wall Street Journal" yazır. Belə ki, aprel ayı bu il üçün neftin qiymətinin ən yaxşı olduğu ay olub. Qiymət bir çox analitik və sərmayəçilərin proqnozlarından daha sürətlə artıb.

Qəzet bunu bir neçə səbəblə izah edir. ABŞ-da neft istehsalının aşağı düşməsi, neft şirkətlərinin xərclərin azaldılması və bütün dünyada neft sənayesi ilə məşğul olan bəzi şirkətlərin işini dayandırılması bazarda bir daha bolluğun olmayacağı barədə ümidləri də artırıb. Ayın sonunda bir qədər azalmasına baxmayaraq, Brent Markalı neftin qiyməti ümumilikdə 20% artıb.

"Bəzi analitiklər gələn ilə qədər qiymətlərdə artımın olacağını gözləmirdilər. Skeptiklər isə tezliklə onların yenidən enməsi barədə danışırlar. Bununla belə, qiymətlərə, hətta, Dohada neft üzrə hasilat barədə uğursuz danışıqlar da mənfi təsir etməyib", - deyə "The Wall Street Journal" yazır.

Bundan başqa, "Financial Times" qəzeti neftin rekord qiymət artımının əsas səbəbləri sırasında Amerika dollarının zəifləməsini görür. Mənbənin məlumatına görə, bunun sayəsində qara qızılın qiyməti digər ölkələrin valyutası qarşısında ucuzlaşmışdı.

Qəzetin məlumatına görə, investrolar son 25 il ərzində OPEK üzvü olmayan ölkələrdən neft təhcizatının azaldılmasına hazırlaşırlar. Onların fikrincə, bu, bazarda vəziyyəti stabilləşdirəcək, tələb-təklif arasında balans yaradacaq.

Aprelin 17-də Dohada neft istehsalçısı olan ölkələrin hasilatın səviyyəsini dondurmaqla bağlı danışıqlar olub. Görüş 6 saat gec başlayıb. Görüşün gecikməsinin əsas səbəbi Səudiyyə Ərəbistanının neft hasilatınının dondurulması ilə bağlı bağlanacaq saziş layihəsinin dəyişdirilməsi ilə bağlı tələbi olub.

Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin gərgin müzakirələrlə keçən görüşü nəticəsiz başa çatıb.

Bütün səylərə baxmayaraq, Səudiyyə Ərəbistanı irəli sürdüyü şərtini geri götürməyib. Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının "dondurulmasına" imkan verməyib. 6 saatlıq müzakirədən sonra fikir birliyi əldə edilməyib və imzalama mərasimi baş tutmayıb.

Ötən ildən başalayaraq qara qızılın qiymətində kəskin ucuzlaşma müşahidə edilib. Həttə ilin sonuna kimi neft qiyməti bir neçə dəfə ən aşağı psixoloji həddi belə keçib və 13 ilin ən aşağı səviyyəsinə düşüb.

Tarix
2016.05.01 / 15:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla