Yuxarı

Manatla bağlı mühüm açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manatla bağlı mühüm açıqlama

Manatın məzənnəsi hazırda daha çox neftdən asılıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, hazırda manatın məzənnəsi qorunub saxlanılır:

"Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahəyə çox ciddi nəzarət edirlər. Əlbəttə, neftin qiyməti kəskin aşağı düşərsə, hardasa 30-40 dollar olarsa, bu, manatın məzənnəsinə təsir edə bilər. Ancaq hesab edirəm ki, manat maliyyə bazarında öz həqiqi qiymətini ala da bilər. Manatın real qiyməti alınmalıdır ki, Azərbaycan iqtisadiyyatında ciddi problemlər yaşanmasın. Bunun üçün də manatı yavaş-yavaş yumşaq şəkildə buraxmaq lazımdır. İndiki vəziyyətdə olmasa da, ancaq buna getmək vacibdir".

Millət vəkili hələ bir müddət neftin qiymətinin 50 dolları ötəcəyini gözləmədiyini deyib:

"Neftin qiyməti 50 dollar səviyyəsində olsa da, müəyyən enmələr də baş verə bilər. Çünki iyunda ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) dolların uçot dərəcəsinə baxacaq, o cümlədən İran dünya bazarında neft hasilatını yenə kəskin artırıb. Bu kimi bəzi problemlər qalmaqdadır. Bu düzdür ki, manata təsir göstərən ən əsas amil neftdir. Açığı, hələ ki, neftin bahalaşacağını gözləmirəm".

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə təsir etməyəcək. O, hesab edir ki, manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor neftin qiymətidir.

FES-in növbəti toplantısının iyunda olacağı gözlənilir.

Tarix
2016.05.27 / 08:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla