Yuxarı

SOCAR-ın tərəfdarı ən dəyərli şirkət siyahısında

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin 100 ən dəyərli şirkətinin adı açıqlanıb.

APA xəbər verir ki, siyahıda "Petkim Petrokimya Holding A.Ş." də yer alıb. Şirkətin 2 mlrd. 166 mln. 779,432 min lirə dəyərində qiymətləndirilir. Qeyd edək ki, holdinqin səhmlərinin 51%-i "SOCAR Turkey Petrokimya A.Ş."-yə, 5,3216%-i isə "SOCAR Turkey Energy" şirkətinə məxsusdur.

Onu da əlavə edək ki, "SOCAR Turkey Energy" artıq holdinqdəki 5,32%-lik payını satır. 79,8 mln. lirə dəyərində olan hissə birjada satışa çıxarılıb və bununla bağlı şirkət Türkiyənin Mərkəzi Qeydiyyat Qurumuna müraciət edib.

Türkiyənin ən dəyərli şirkətləri siyahısına "Tekfen Holding" də daxil ola bilib. Holdinqin dəyəri 892 mln. 456,022 min lirədir. Qeyd edək ki, "Tekfen" SOCAR-la sıx əməkdaşlıq edir. Holdinqin strukturuna daxil olan "Tekfen İnşaat" SOCAR-ın elan etdiyi bir sıra tenderlərin qalibi olub. Buna misal olaraq SOCAR-ın yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün keçirilən müsabiqəni göstərmək olar. Bununla yanaşı, "Tekfen İnşaat" Bakı Olimpiya Stadionunun tikintisində də iştirak edib.

"Yapı Kredi Bankası" da ən dəyərli şirkətlər siyahısına düşə bilib. Belə ki, "Yapı Kredi Bank Azərbaycan"ın ana müəssisəsi olan bankın dəyəri 6 mlrd. 58 mln. 813,021 min lirə təşkil edir.

Maraq üçün qeyd edək ki, "Koç Holding" siyahıya liderlik edir. Holdinqin dəyəri təxminən 11,5 mlrd. lirədir.

Tarix
2016.05.31 / 19:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla