Yuxarı

Bakıda Həzrət Əlinin adına bağlı daş oğurlandı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:27

Abşeron rayonunda oğurluq olub.

Report-un xəbərinə görə, hadisə Mədəniyyət və Turizm Nazirliyinin "Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunda qeydə alınıb.

Belə ki, həmin təbiət qoruğuna daxil olan "Əli daşı" pirindən tarixi eksponat oğurlanıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

***

Mədəniyyət və Turizm Nazirliyinin "Yanardağ" ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğundan oğurlanan tarixi eksponatın nə olduğu açıqlanıb.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov Trend-ə bildirib ki, "Yanardağ" ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğunda avqustun 26-dan 27-ə keçən gecə qoruq ərazisində olan "Əli daşı" pirindən tarixi eksponat oğurlanıb.

Bununla əlaqədar qoruğun rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Hadisə yerinə artıq baxış keçirilib və hazırda faktla bağlı istintaq aparılır. Ərazidən oğurlanan tarixi eksponat isə Həzrət Əlinin adı ilə bağlı iki hissəli daşdan biridir. Eksponat qədim qəbiristanlıqda yerləşir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə "Yanardağ" ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan olunub. Qoruğun ərazisi ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, "Qotur su" bulağı, "Əli daşı", Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.

Tarix
2016.08.30 / 13:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Radev arasında təkbətək görüş başladı

Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi...

Xəritələri Paşinyan yox, Əliyev diktə edir - Hüseynov

Ərdoğan bu gün Əsədovu qəbul edəcək

Bunu Əliyevə dedim, çox maraqla yanaşdı – Fitso

Sərhəd hansı xəritələrlə çəkilir? - Paşinyana cavab

İrəvanın COP29-la bağlı bu addımı… - Əmirbəyov

Fitso Bakıda danışdı: Makronun bu fikrini rədd etdim

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla