Yuxarı

Azərbaycan filmi festivala dəvət aldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zamin Məmmədovun "Onun atası" filmi Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalına dəvət alıb.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından Axar.az-a bildirilib ki, filmimiz festivalın qısametrajlı bədii filmlərin əsas müsabiqə proqramında yer alıb. Festival dekabrın 3-dən 9-dək Yeni Delhi şəhərində keçiriləcək.

"Onun atası" bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan "40-cı paraleldə" kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Filmin ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırıblar.

Qeyd edək ki, filmin beynəlxalq premyerası İtaliyanın 17-ci "Asiatica, Encounters with Asian Cinema" film festivalında baş tutub.

Tarix
2016.10.27 / 14:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla