Ön cəbhədə millət vəkili
Qənirə Paşayevanın "Dünyanı dəyişən alimlər" kitabının təqdimatı və
imzalanması olub.
Əsgər və hərbçilər adından millət vəkili Qənirə Paşayeva
təşəkkürünü bildirən hərbi hissənin rəhbəri polkovnik Mais
Barxudarov bu tədbiri əsgər və hərbçilərin unutmayacağını deyərək
müəllifin imzası ilə verilən hədiyyə kitablarının onlar üçün çox
dəyərli olacağını deyib. 3-cü dəfədir ki, millət vəkili Qənirə
Paşayevanın müəllifi olduğu müxtəlif kitabların hərbi hissədə
təqdimatının və imzalanmasının keçirildiyini deyən hərbi hissənin
rəhbəri əsgər və hərbçilərə, hərbi hissəyə müəllifin imzası ilə
verdiyi kitabların onlar üçün çox dəyərli olduğunu və maraqla
oxuduqlarını deyib. Ön cəbhədə əsgər və hərbçilərimiz üçün müəllifi
olduğu kitabın imzalanma mərasiminin təşkili üçün Silahlı
Qüvvələrin rəhbərliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə
Paşayeva bu tədbirin, kitablarının təqdimatı və imzalanma
tədbirlərinin hamısından onun üçün daha böyük məna daşıdığını
deyib.
Qənirə Paşayeva kitab haqqında məlumat verərək bildirib ki,
"Dünyanı dəyişən alimlər" adlı kitabının nəşr edilməsində məqsəd
gənclərin elmə daha da meyillənməsinə dəstək göstərməkdir:
"Ölkəmizin möhkəmliyi üçün də gələcək nəslin nümayəndələrinin
savadlı, təhsilli və elmə meyilli olması əsas şərtdir. Hesab edirəm
ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bu
kitabda dünya, elm və inkişaf tarixinə adını qızıl hərflərlə yazmış
azərbaycanlı bir neçə alimin də həyat yolu, düşüncələri, dünyaya və
insanlığa verdiyi töhfələr öz əksini tapır. Ümid edirəm ki, kitab
xoşunuza gələcək."
O, əsgər və hərbiçilərə müəllifi olduğu kitablar barədə qısa
məlumat verdikdən sonra onlarla toplumda kitab oxumağa meyilliyin
artmasının vacibliyi barədə fikir mübadiləsi də aparılıb. Maraqlı
keçən söhbət və görüşün sonunda Qənirə Paşayeva müəllifi olduğum
kitablar siz dəyərli əsgər və hərbçilərimizin xoşuna gələrsə,
bundan məmnun qalaram deyib. Sonra əsgər və hərbiçilər üçün
"Dünyanı dəyişən alimlər" kitabını imzalayaraq hədiyyə edən millət
vəkili Qənirə Paşayeva həyatında hər zaman yadda qalacaq günlərdən
birini yaşadığını deyib.