Yuxarı

AAM-də Ana Dili Günü keçirildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 16-da Avropa Azərbaycan Məktəbində (AAM) Azərbaycan İncəsənət Universitetinin Səhnə Danışığı kafedrasının rəhbəri, əməkdar artist Azad Şükürov və kafedranın dosenti, bədii qiraət ustası Məleykə Alı qızı məktəblilərlə görüş keçirib.

Kult.az xəbər verir ki, Avropa Azərbaycan Məktəbinin 2016-2017-ci dərs ilinə aid illik planlaşdırmasında nəzərdə tutulmuş “Beynəlxalq Ana Dili Günü” adlı tədbir çərçivəsində baş tutan görüşün təşəbbüsçüsü və təşkilatçısı Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri olub.

Tədbirdə Azərbaycan yazılı və şifahi ədəbi dili üzrə mütaliə, ifadəli oxu, aktyorluq bacarıqlarının nümayişi istiqamətində fərqlənən şagirdlərə çıxış etmək imkanı da verilib.

Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri əməkdar müəllim H.Şahbəndəyev açıb.

Əməkdar artist Azad Şükürov dilimizə məhəbbət və vətənpərvərlik ruhunda çıxış edib, “Yetim segah”ın sədaları altında müharibə acılarından bəhs edən şeir söyləyib.

X.Rza Ulutürkün “Mənim dilim” şeirini ifa edən Aytac Aslanlının və Gülsüm Cəfərovanın çıxışları qonaqların və şagirdlərin alqışları ilə qarşılanıb.

Bədii qiraət ustası Məleykə Alı qızı Azərbaycan dilinə məhəbbət aşılayan çıxış edib, tövsiyələrini verib.

6-7-ci sinif şagirdləri - Qərib Hacıyev, Murad Hacıyev, Nihad Vəlili, Fəxri Qacar və Murad Əliyev S.Vurğunun “Vaqif” pyesindən kiçik bir hissəni səhnələşdiriblər.

Tarix
2017.02.17 / 18:50
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

ABŞ və Ermənistan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla