Yuxarı

Pərvanə NTV-də hamını heyran qoydu: Səfirimiz isə... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaq evində böyümüş 17 yaşlı Pərvanə Alcanova Rusiya-nın NTV kanalının efirində Azərbaycan dilində oxuduğu "Ana" mahnısı ilə könülləri fəth edib. O, yarışın növbəti mərhələsinə vəsiqə qazanıb.

Bu gün Rusiyanın NTV kanalı ilə Sputnik İnformasiya Agentliyi və radiosunun birgə layihəsi olan "Sən supersən" ("Tı super") beynəlxalq vokal müsabiqəsinin finalı keçirilib. MDB ölkələrindən 92 nəfərin iştirak etdiyi müsabiqədə Azərbaycanı Bakıdan Pərvanə Alcanova təmsil edib.

Pərvanə Alcanova "Ana" mahnısını ifa edib. Onun ifasına heyran olan münsiflərin hamısı yaşıl işıq yandırıblar və auditoriya Pərvanəni hərarətlə alqışlayıb. Onun ifasından sonra səhnəyə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu dəvət olunub.

Aparıcı onu, "əfsanəvi Polad Bülbüloğlu" deyə təqdim edib. Səfir NTV kanalına bu gözəl sosial layihəyə görə, təşəkkür edib. Səfir Pərvanə adının mənasını açıqlayıb və canlı efirdə rus dilində danışa bilməyən Pərvanəyə tərcüməçilik edib. Münsiflər Pərvanə barədə müsbət fikirlərini səsləndiriblər və ona müvafiq tövsiyələrini veriblər.

"Sən çox şanslısan ki, səfir şəxsən sənə tərcüməçilik edir", — deyə aparıcı bildirib.

Qeyd edək ki, Pərvanə qazandığı səslər sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.

Tarix
2017.02.19 / 00:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla