Yuxarı

Dilçi alimdən irad: Sosial şəbəkələrdə...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilimizə daxil olan yeni sözlərin qarşılığı tapılmalıdır.

Trend-in məlumatına görə, bunu AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Türkiyədə dilə yeni daxil olan sözlərin qarşılığının tapıldığını deyən M.Nağısoylu həmin təcrübənin Azərbaycanda da tətbiqini vacib sayıb.

Onun sözlərinə görə, orfoqrafiyanın yeni təkmilləşdirilmiş variantına yeni sözlər daxil ediləcək: "Biz türkdilli ölkələrlə vahid məxrəcə gəlib yeni sözlərin ortaq variantını müəyyənləşdirə bilərik".

M.Nağısoylu qeyd edib ki, dilçiliklə bağlı problemləri yalnız Dilçilik İnstitutunun üzərinə atmaq lazım deyil.

Dilçi alim, profesor Buludxan Buludxanov deyib ki, dilin keşiyində dayanmaqla islahatlar aparılmalıdır: "Ziyalılar hər bir zaman dilimizin keşiyində dayanıblar. Dil nə qədər sadə olarsa, o dildə o qədər çox danışılar. Azərbaycan dili fars, ərəb, rus dilinin rəqabətinə dözə bilən bir dildir. Ona görə də Azərbycan dili ənənəsi olan dildir. Biz dilimizi inkişaf etdirməliyik".

B.Buludxanov qeyd edib ki, bu gün Azərbaycan dilinin tədrisi prosesində də çoxlu qüsurlar var: "İndi yazı mədəniyyəti itib, hüsn-xətt yoxdur. Sosial şəbəkələrdə dili nə günə salırlar?! Elementar "ü", "ı", "ə" düzgün qoyulmur. Bu qüsurlar dili pozur. Bu qüsurları dilçi alimlərin üstünə atmaq lazım deyil. Bu, Dilçilik İnstitutunun problemi deyil".

Fililogiya elmləri doktoru Əzizxan Tanrıverdi isə bildirib ki, Azərbaycan dili əsrlərlə ərəb və fars dillərinin təsirinə düşməyib: "Bu gün də dilimizə ingilis dilinin təsiri var. Lakin dilimiz ingilis dilinin də təsiri altına düşməyəcək".

Ə.Tanrıverdi deyib ki, Azərbaycan dilinin təbliğatı gücləndirilməlidir.

Tarix
2017.02.20 / 11:48
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla