Yuxarı

Əkrəm Əylisli: “Markesi Azərbaycana mən gətirmişəm”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nobel mükafatı laureatı Qabriel Qarsia Markes dünyasını dəyişib. Markes Migel Servantes dövründən ən tanınmış ispandilli yazıçıdır. Onun ölümü bütün dünyada təsirsiz ötüşməyib.

Biz də "Axar.az" olaraq kolumbiyalı yazıçının əsərlərini Azərbaycan dilinə tərcümə edən yazıçılarımızdan onunla bağlı fikirlərini öyrənməyə çalışdıq.

Böyük yazıçılar ölmürlər

Qabriel Qarsia Markesin "Patriarxın payızı" əsərini tərcümə edən yazıçı Afaq Məsud kolumbiyalı dahini tanıdığı ən doğma insanlardan biri olduğunu söyləyib:

"Мarkes bu dünyada tapıb tanıdığım ən yaxın doğmalarımdan biridir. Onunla heç vaxt yaxın ünsiyyətdə olmamışam, amma daim köməyini, dayağını duymuşam. Məni ən darısqal, ən çıxılmaz məqamlardan, qarşıma çıxan maneələrdən adladıb, yayındırıb, müqəddəs, şəfqətli, Ədəbiyyat Ərazisində saxlayanlardan biri də Markes olub. Böyük yazıçılar ölmürlər. Onlar hələ sağ ikən Böyük Ədəbiyyatın Əbədiyyət Ərazisinə daxil olur, dünyalarını dəyişsələr də, Orada yaşamağa davam edirlər. Markes də beləcə. O, heç zaman yoxa çıxmayacaq".

Markesi Azərbaycana mən gətirmişəm

"Gözlənilən bir qətlin tarixçəsi" əsərini tərcümə edən yazıçı Əkrəm Əylisli Markesin yazdığı əsərlərin arxitekturasının çox güclü olduğunu vurğuladı:

"Bir sıra yazıçılar var ki, onları Azərbaycana mən gətirmişəm. Bu yazıçıların birincisi Henrix Böldür, ikincisi Qabriel Qarsia Markesdir. Onun "Gözlənilən bir qətlin tarixçəsi" əsəri əvvəl "Azərbaycan" jurnalında 70 min tirajla çap olunmuşdu.

Markesin ölümü ilə əlaqədar Kolumbiyada 3 gün matəm elan olunub. Bu onu sübut edir ki, Markes kimi yazıçılar öz ölkəsinin coğrafi xəritəsindən də geniş, böyükdülər. Dünyanın mənəvi xəritəsini çəkən yazıçılar, sənətkarlar, alimlərdir. Markes öz ölkəsinin mənəvi xəritəsini çəkib bütün dünya üzrə yaymış nəhəng bir yazıçıdır. Markesin yazdığı əsərlərin arxitekturası çox güclüdür".

Tarix
2014.04.18 / 13:15
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla