Yuxarı

Marağada festival keçirildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sağlamlıq həftəsi”nin ikinci günündə Marağa şəhərində “Sağlam qida” festivalı keçirilib.

Kult.az “Yolpres”ə istinadla xəbər verir ki, festivalda Marağa və ətraf kəndərdən olan 140 qadın iştirak edib. Festival iştirakçıları əsasən yerli mətbəxdən 60 növ yemək təqdim ediblər.

Bişirilən yeməklər əsasən müxtəlif şorbalar, piti, küftə, kükü və dolmadan ibarət olub. Yeməklərdə ən çox təbii dağ bitkiləri, o cümlədən, qartərəsi, kəngər, qaziayağı və s. istifadə olunub.

Festivalın təşkilatçısı olan Marağa Tibb Universitetinin sağlıq məsələləri üzrə prorektoru Əhməd Müctehidi festivalın keçirilməsində əsas məqsədin sağlam yerli yeməklərin xalq arasinda tanıdılması olduğunu bildirib. Onun sözlərinə görə, “sağlam yemək” deyəndə əsas ölçü vahidi bitkilər, paxlagillər və taxil məhsullarından istifadə edilərək hazırlanan yeməklər nəzərdə tutulur. O, həmçinin, əlavə edib ki, sağlam qidada şəkər, duz və yağdan az istifadə olunmalıdı.

Festivalın sonunda iştirakçılardan 10 nəfərə mükafatlar təqdim olunub.

Tarix
2017.04.23 / 14:10
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla