Yuxarı

Fəttah Heydərov Qəbələdəki musiqi festivalında - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir. Festivalın proqramı çox zəngindir və hər gün iki konsert olmaqla, fərqli musiqi əsərləri səsləndirilir.

Kult.az xəbər verir ki, avqustun 2-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında qurulmuş açıq səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.

Möhtəşəm musiqi axşamında orkestri Xalq Artisti dirijor Rauf Abdullayev və Əməkdar Artist dirijor Fuad İbrahimov idarə ediblər. Konsertdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə (piano), Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova (piano), Sloveniyanın Lyublyana Musiqi Akademiyasının professoru Moyka Zlobko Vayql (arfa), İtaliyanın Emilya Romanya festivalının bədii rəhbəri Massimo Merçelli (fleyta) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.

Musiqi festivalında Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov da iştirak edib.

Konsert tamaşaçıların böyük marağına səbəb olub.

Tarix
2017.08.02 / 23:40
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla