Yuxarı

Orfoqrafiya lüğətinə də alternativ olar?..

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəribə olaylar baş verir. Özü də təkcə ictimai həyatda yox, beynəlxalq aləmdə yox, həmçinin birbaşa dilimizin Konstitusiyası hesab etdiyimiz "Orfoqrafiya lüğəti" ətrafında. Bu yaxınlarda ardıcıl olaraq leksikonumuzun zənginləşdirilməsi, orfoqrafiya qaydalarının dəyişdirilməsi barədə müxtəlif mətbu orqanlarda, saytlarda, sosial şəbəkələrdə ayrı-ayrı nüfuzlu alimlərimiz, jurnalistlər, müəllimlər geniş diskussiya açaraq öz təklif və iradlarını bildirir, fikir mübadiləsi aparırlar. Normal və təqdir olunmalı haldır.

Dil bütöv millətin mənəvi xəzinəsi, ünsiyyət vasitəsi olduğundan kimsənin bu müzakirələrə qarşı çıxmağa, başqasının fikirlərinə dırnaqarası baxmağa, labüd yeniləşməni süngüylə qarşılamağa haqqı yoxdur. Çünki dilin lüğət tərkibi daim yeniləşməlidir. Buna sözümüz yox! Amma yeniləşmə də qayda-qanuna, dil normalarına söykənməlidir. Yeniləşmə deyəndə, texniki, iqtisadi, siyasi və s. terminlər, ifadələr, söz birləşmələri nəzərdə tutulmalıdır. Yeniləşmə qaydaların tez-tez dəyişdirilməsi demək deyil. Bu qaydaların lüzumsuz yerə dəyişdirilməsi yazıçı-şair, jurnalist, müəllim-tələbə, redaktor heyəti üçün böyük əngələ çevrilməklə bərabər, hərc-mərcliyə səbəb olur. Təsəvvür edin, çoxcildliklərin nəşrində yazıq redaktor nə etməli olduğunu bilmir: əvvəlki cilddə sözlər, söz birləşmələri, fəxri adlar, titullar, vəzifə adları və s. bir cür yazılıb, növbəti cildlərdə başqa cür. Köhnə qaydalara alışmamış, yeni qaydayla işləməli olursan. Bu isə, kitablarda səhvlərin getməsinə gətirib çıxarır. Ona görə də, gəlin belə həssas məsələlərdə tələsməyək, ictimai müzakirəni təşkil edək, hətta deyərdim ki, ictimai nəzarət yaradaq. Bir nüansı da yaddan çıxarmayaq ki, lüzumsuz dəyişiklikər (qaydaların, coğrafi adların dəyişdirilməsi) dövlətimizin büdcəsindən külli miqdarda vəsait tələb edəcək. İndiki halda bu da nəzərə alınmalıdır.

Bu sahə ilə rəsmi qurum olan AMEA-nın Dilçilik İnstitutu məşğul olmalıdır, diletantlar, qeyri-peşəkarlar yox! İndi bəzi qurumlar müxtəlif lüğət, dərs vəsaiti, metodik göstəricilər çap edib maliyyə vəziyyətlərini yaxşılaşdırmaqla məşğul olur. Buna sözüm yox, amma alternativ olaraq "Orfoqrafiya lüğəti" çap etmək absurddur! Alternativ də "Orfoqrafiya lüğəti" olar? Qeyd-şərtsiz belə vacib və məsuliyyətli işi Dilçilik İnstititu həyata keçirməli, dövlət və xalq qarşısında da hesabatı bu qurum verməlidir! Amma təkrar edirəm, bütün dəyişikliklər geniş müzakirə edilməli, ortaq məxrəcə gələndən sonra qəbul olunmalıdır.

Əlövsət Ağalarov

"Azərnəşr"in baş redaktoru, keçmiş millət vəkili

Tarix
2018.01.22 / 23:00
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

UNESKO bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla