Yuxarı

Fikriniz nədir, ermənilərin başını sığallayım? - Akademik

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tarix İnstitutuna qara yaxanlar var. Feysbukda, orda-burda ağızlarını əyə-əyə bizi ermənifobiyada ittiham edirlər.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

“Xocalıda günahsız insanları qətlə yetirən ermənilərin başını sığallamalıyıq?! Mən instituta rəhbərlik etdiyim dövrdə 412 kitab çap olunub. Bunun yalnız 12-si soyqırımlarla bağlıdır. Mən üzümü ölkə daxilindəki bədxahlarımıza tutaraq deyirəm ki, bizim yazdığımız əsərləri oxusunlar və fikirlərini dəyişsinlər. Bizə, tarixçilərə qarşı yürüş təşkil etməyin, bizə qarşı onsuz da səlib yürüşü var", - deyə akademik söyləyib.

O qeyd edib ki, terror təşkilatlarını böyük dövlətlər yaradır:

“Düşünürəm ki, tarixdən, tarixi hadisələrdən, o cümlədən Xocalı soyqırımından ibrət dərsi almaq lazımdır. 24 ildir ki, BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir. Beynəlxalq hüquq yoxdur, beynəlxalq güc var".

Y.Mahmudov əlavə edib ki, bu gün konfliktlərin hamısı türk-islam coğrafiyasında baş verir: "Terrorun islamla əlaqələndirilməsinin əleyhinəyik. Azərbaycan və Türkiyənin terror təşkilatı yoxdur, amma ermənilərin yüzlərlə terror təşkilatı var. Soyqırımlar, terror xaç yürüşləri zamanı Avropadan başlayıb. Böyük coğrafi kəşflər zamanı Avropadan yürüdülən siyasət nəticəsində Amerika və Asiyanın qədim xalqları məhv edilib və dünyanın bir çox xalqları yer üzündən silinib. İki Dünya müharibəsi Avropadan başlayıb. Avropa faşizmin vətənidir, ilk faşist rejimləri orada yaradılıb, antisemitizmin vətəni Avropadır və bu gün də İslama qarşı bütün hərəkatlar Avropadan başlayır”.

Tarix
2018.03.14 / 22:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla