Yuxarı

İntihar edən aktyordan milyonlarla miras

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə çətinliklərinə baxmayaraq, aktyor Robin Uilyams yaxınlarının qeydinə qalıb.

Axar.az "Forbes" jurnalına istinadən xəbər verir ki, 12 avqustda intihar edən Hollivud aktyoru Robin Uilyams son vaxtlar maliyyə durumunun pisləsməsindən tez-tez danışırmış. Televiziyadakı işinə də məhz bu səbəbdən başlamışdı.

Uilyams 2014-ci ilin aprelində Villa Sorriso malikanəsinii 29,9 milyon dollara satmaq istəyib. Bu, Kaliforniyada, Napa Vallidə kifayət qədər böyük mülkdür. Bundan başqa Uilyamsın Tibuton şəhərində də evi qalıb. Aktyor elə həmin evdə intihar edib. Bu mülk 6 milyon dollar məbləğində qiymətləndirilib. Lakin hər iki ev 2011-ci il üçün 7,2 milyon dollar təşkil edən ipoteka kreditinin ödənilməmiş hissələrinin təmin olunmasına sərf edilə bilər.

Bununla belə, aktyor uşaqlarının qeydinə qalmaq yollarını tapıb. O, 2009-cu ildə Uilyamsın yaşayıb-yaşamamasından asılı olmayaraq, qüvvədə olacaq bir fond təşkil edib. Fondun şərtlərinə görə, uşaqlar onlara çatacaq vəsaitin üçdə bir hissəsini 21 yaşına, yarısını 25 yaşına, yerdə qalan hissəni isə 30 yaşına çatdıqdan sonra ala bilərlər. Uilyamsın böyük oğlu Zakarinin artıq 31 yaşı, qızı Zeldenin 25, kiçik oğlunun isə 22 yaşı var.

Tarix
2014.08.14 / 09:43
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla