Yuxarı

Haqqında ölüm fitvası verilən yazardan xəbər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hans Kristian Andersen adına Ədəbiyyat Mükafatını bu il hind əsilli Britaniya yazıçısı Salman Rüşdi alıb.

Axar.az xəbər verir ki, mükafat müəllifin öz əsərlərində "dərin realizmlə magik fantaziyanı vəhdətdə verə bilməsi", eləcə də "zamanımızda müxtəlif və fərqli mədəniyyətlərin görüşməsinin vacibliyini vurğulamasına" görə verilib.

2014-cü ilin mükafatını – heykəltəraş Stin Rinqin hazırladığı "Çirkin ördək balası" heykəlciyini, "Qu quşunun gözəlliyi" diplomunu və 500 min kronluq qəbzi (67 min avro) laureata Danimarka vəliəhdinin xanımı Meri təqdim edib.

Laureat özü qeyd edib ki, gənc oxucular üçün kitablarını qələmə alarkən ən çox xatırladığı yazıçı məhz Andersen olub.

Danimarka nağılçısının vətəni Odens şəhərində keçirilən mərasim, eyni zamanda, II Hans Kristian Andersen festivalının açılışı olub. Festival avqustun 24-dək davam edəcək.

Xatırladaq ki, əvvəlki illərin laureatları Braziliya yazıçısı Paulo Koelyo, Britaniya yazıçısı Coan Roulinq və Çili yazıçısı İsabel Alyende olub.

Üç ildən bir təqdim olunan Hans Kristian Andersen mükafatı özəl komitə tərəfindən təsis edilib və janr, üslüb xüsusiyyətləri baxımından danimarkalı nağılçıya yaxın olan yazıçılara verilir.

Tarix
2014.08.19 / 12:40
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla