Yuxarı

Metrodakı şortik olayı: İlahiyyatçı və yazar baxışı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azadlıq haqqında belə bir fikir formalaşdırıblar ki, sənin azadlığının sərhədi mənim azadlığımın sərhədində bitir. Boş söhbətdir. Sərhədi olmayan hər şey azadlıqdır! Sərhədi olan şey azad ola bilməz. Öpürəm o qızı! Lənətləyirəm bütün sərhədləri!

Kult.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında şair Aqşin Yenisey Bakı metrosunda gənc qızın şortik geyinməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirərkən deyib.

Onun fikrincə, insanlar diri-diri meyit kimi yaşamaqlarını heç kimə bağışlamaq istəmirlər: “Ona görə hamı yaşayanları özü kimi öldürmək istəyir”.

İlahiyyatçı Elşad Miri isə hesab edir ki, metrodakı qarşıdurma ədəbsizlikdir: “Kiminsə geyiminə bu cür etiraz edən insanlar hələ formalaşmamış, özlərini İrandakı əxlaq polisi kimi aparan gerizəkalılardır. Heç kəsin başqasının geyiminə qarışmağa haqqı yoxdur. Hətta peyğəmbərimiz ona 40 yaşında peyğəmbərlik veriləndən sonra belə paltarını, saqqalının formasını, başının sarğısını dəyişmədi. Çünki cəmiyyətin bir üzvü idi. Multikultural, tolerant dediyimiz anlayışlar budurmu? Hər kəs geyimi, davranışı, danışığı ilə öz əxlaqını göstərir. Əgər bu, kənardakıları başqa şeyə sövq etmirsə, məktəbə bu formada gəlmirsə, kimin nə ixtiyarı var ki, basqı göstərsin. Biz videoda bizə göstəriləni görürük, kameranı kimin qoşduğunu bilmirik, situasiya birtərəfli olaraq bizə təqdim edilir və buna görə fikir bildirmək də doğru deyil. Bir insan ədəbli şəkildə həmin qıza yaxınlaşıb məsləhət versəydi, daha yaxşı olardı. Bu hadisəyə etiraz olaraq bir çoxları şortik geyinəcəyini söyləyir”.

İlahiyyatçının sözlərinə görə, gənc qıza geyiminə görə təzyiq göstərənlərin dünyagörüşü kasaddır: “Kaş bu insanları kənara çıxarmaq olardı. Ölkədə xoruz olub başqa yerə gedəndə cücə kimi davranan çox insanlar görmüşəm. Onların kənara çıxanda necə danışacağını, durub-oturacağını, hərəkət edəcəyini bilmədiyinin şahidi oluruq. Metrodakı o qızın yanında yaxını olsaydı, həmin oğlan o cür hərəkət edə bilərdimi? Təbii ki, yox”.

Tarix
2018.06.20 / 23:36
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla