Yuxarı

ABŞ mediasında Qobustanla bağlı məqalə yayıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Yaxın Şərq və Aralıq dənizi hövzəsinin qədim tarixini tədqiq edən Amerika Şərq Tədqiqatları Məktəbləri Elmi Qeyri-Hökumət Təşkilatının Denver şəhərində növbəti konfransı keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Kult.az-a bildiriblər ki, tədbirdə ABŞ-ın Arizona Dövlət Universitetinin antropologiya bölməsinin əməkdaşı, arxeoloq Valter Krist “Qafqazda Yaxın Şərq masaüstü oyunları? Şərqi Azərbaycandan yeni sübutlar” mövzusunda məruzə ilə çıxış edib.

Alim məruzəsində Qobustandakı Çapmalı tunc dövrü yaşayış yeri yaxınlığındakı qayalardan birində əks olunan təsvir barədə məlumat verib. Bildirilib ki, təsvir Qədim Misirdəki “Tazılar və çaqqallar/58 xana” masaüstü oyunu ilə oxşarlıq təşkil edir.

V.Krist Cənubi Qafqazın əkinçi-maldar əhalisinin Qədim Misir, o cümlədən Yaxın Şərqlə əlaqələrinin indiyədək ehtimal edildiyindən də intensiv olduğunu söyləyib.

O, həmçinin bu ilin aprel ayında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna elmi ezamiyyəti və Abşeron yarımadasındakı qayaüstü rəsmlər üzrə pilot layihə barədə iştirakçılara məlumat verib.

Amerikalı alimin çıxışı dünya üzrə 12 milyon oxucu auditoriyasına malik olan ABŞ-ın “Science News” jurnalında “Daş üzərində həkk edilmiş tunc dövrünün “58 xana” adlı masaüstü oyunu Azərbaycanda tapılıb” sərlövhəsi ilə dərc edilib.

Tarix
2018.11.20 / 18:24
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla