Yuxarı

"Nobel" mükafatları sahiblərinə verildi - Mərasim

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Nobel mükafatı laureatlarının təltif olunması mərasimləri keçirilib.

Kult.az xəbər verir ki, Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin xatirəsini anma günündə baş tutub. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur.

İsveç paytaxtında keçirilən tədbirdə fizika, kimya, fiziologiya, təbabət və iqtisadiyyat sahələrində laureatlara mükafatlar verilib. İsveç Kralı ХVI Karl Qustav Nobel mükafatı laureatlarına üzərində Nobelin təsvir olunduğu qızıl medal, diplom və 9 milyon İsveç kronu pul mükafatı təqdim edib. Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı da yaradılıb.

Sonda Nobel mükafatı laureatları və qonaqlar üçün rəsmi bayram ziyafəti verilib.

Qeyd edək ki, 2018-ci ildə ümumilikdə 12 nəfər Nobel mükafatı laureatı olub.

Ədəbiyyat üzrə Nobel mükafatının 2019-cu ildə veriləcəyi bildirilir.

Tarix
2018.12.11 / 01:51
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla