Yuxarı

Kadir İnanır prezidentdən nədən inciyib? - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk aktyoru Kadir İnanır qonaq olduğu bir verilişdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan incik olduğunu deyib.

Axar.az xəbər verir ki, aktyor prezidentin bir neçə gün öncə çıxış etdiyi bir toplantıda Əhməd Qaya mövzusunda səsləndirdiyi fikirlərə görə inciyib.

Kadir İnanır belə deyib: "Mənə qardaş deyən adamdı, amma keçən dəfəki çıxışına görə bir az incidim. Əhməd Qaya məsələsində. Dediyi adamlar arasında mən olmamışam. Əhməd Qaya sevgisini bu ölkədə mənim qədər heç kim uca tuta bilməz, haqlarını heç kim mənim kimi müdafiə edə bilməz. O hər yazdığı mahnını birinci gəlib mənə oxuyardı. Bu cür sevdiyim adamdı. Mən "o hadisə vaxtı orada yoxdum, görməmişəm", - dedim. "Orada idiniz" deyə, kobud şəkildə cavab verdi. Təbii ki, buna eyni cür cavab vermək mənə yaraşmazdı. Buna görə incimişəm. Şəxsən, təbii ki".

Xatırladaq ki, keçən ilin bu vaxtları AKP qrup toplantısında çıxış edən Türkiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğan bu sözləri demişdi: "Gəzi parkı hadisələrini kim edibsə, Əhməd Qayaya da onlar hücum etmişdi. O gün Əhməd Qayaya hücum edən sənətçilərin bir hissəsi indi "mən tualetdəydim, bir hissəsi çöldəydim" deyir. Səmimi olun. Kim olduğunuz hamıya məlumdur. Bu milləti aldada bilməzsiniz. Hamınız ordaydınız. Videolarda da görürük".

Tarix
2014.11.22 / 19:30
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla