Yuxarı

Məşhur yazar pedofillikdə suçlandı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Alisa möcüzələr ölkəsində" kitabının müəllifi, ingilis yazar Luis Kerrollun pedofil olduğu iddia edilib.

Axar.az ingilis Teleqraf-a istinadən xəbər verir ki, bu iddia kitabın 150-ci ildönümü münasibəti ilə BBC televiziyasının hazırladığı və yazarın həyatından bəhs edən sənədli filmdə səsləndirilib. İddiaya görə, Luis Kerroll çoxlu uşağın çılpaq şəkillərini çəkərək arxivləşdirirmiş.

İddia Kerrollun bir Fransa muzeyində olan çılpaq qız fotosuna söykənir. Arxivdə olan balaca çılpaq qız fotosunun "həqiqi Alisa"nın bacısı olduğu aydınlaşıb. Detektiv araşdırması kimi hazırlanan sənədli filmdə Kerroll haqqında ortaya çıxan "həqiqətlərdən" bəzisi bunlardır:

"Romana mövzu olan həqiqi Alisanın adı Alisa Lideldir. Kerrollun qonşusu Kristçörç baş kahininin qızıdır.

Kerroll bacıların şəkillərini çəkib. Yazar Alisa və bacıları Lorna ilə Editin özü çəkdiyi fotolarını "Alisa möcüzələr ölkəsində" kitabının ilk nəşrində istifadə edib.

Fransadakı arxivdən Alisanın bacısının lüt şəkli çıxıb. Kerroll Alisanın bacısının tamamilə çılpaq şəklini çəkib".

Sənədli filmdə fikirlərinə yer verilən "Alisa möcüzələr ölkəsində" kitabı üzrə mütəxəssis və York Universitetinin alimlərindən biri Hyu Hoqton (Hugh Haughton) yazarın uşaqlara olan marağını məsumcasına qələmə verməyin olduqca çətin olduğunu iddia edib.

Qeyd edək ki, 19-cu əsrin ən önəmli yazarlarından biri hesab edilən Luis Kerroll adı ilə tanınan Çarlz Dodqsonun 1865-ci ildə 12 yaşlı Alisa Lidelə hədiyyə olaraq qələmə aldığı "Alisa möcüzələr ölkəsində" kitabı 200-ə yaxın dilə çevrilib. Dünya uşaq klassikləri arasında yer alan kitabın milyonlarla surəti çıxarılıb.

Xatırladaq ki, yazarın həyatından bəhs edən "Luis Kerrollun gizli dünyası" adlı sənədli film yanvarın 31-də BBC-də yayımlanacaq.

Tarix
2015.01.29 / 01:59
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla