Yuxarı

Yağış Şeyxin evinə yağır: Yaşaya bilmirik

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yağış Şeyxin evinə yağır: Yaşaya bilmirik

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov hazırda yağan yağışın mənzilini (Nəsimi rayonu Mirzə Ağa Əliyev-170, mənzil 7) "gölməçəyə çevirdiyini" bildirib.

Bu barədə Kult.az-a danışan xalq artisti qeyd edib ki, Bakı şəhərinin sabiq icra başçısı Hacıbala Abutalıbovun dövründə bu ərazidə yeraltı qaraj tikiləndə bina zərər görüb:

“O vaxt Hacıbala Abutalıbov yeraltı qaraj tikdirəndə bizim evimiz zərər görmüşdü, binamızda çatlar yaranmışdı. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç bir tədbir görülmədi: mənzilimizi nə təmir etdirdi, nə də bizi köçürtdü. İldən-ilə mənzildə yaşamaq daha dözülməz olur. Bugünkü yağış isə sanki evimizə yağır. Evin içinə ləyənləri düzmüşük ki, yer su olmasın. Artıq evdə oturmaq mümkün deyil. Faciəvi vəziyyətdəyik, yaşaya bilmirik”.

Şeyx Əbdül bildirib ki, üçotaqlı evdə 3 ailə yaşayır və bu da vəziyyəti daha da ağırlaşdırır.

Xalq artisti aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyini, amma heç bir xeyri olmadığını deyib və yeganə ümidinin ölkə rəhbərliyi olduğunu bildirib.

Tarix
2019.11.24 / 19:38
Müəllif
Aqşin
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla