Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 İyul 2020


Nazir bu ölkələrdən olan qonaqlarla görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 2-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya, Özbəkistan və Qazaxıstandan qonaqları qəbul edib.

Kult.az xəbər verir ki, nazir qonaqları salamlayaraq ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Nazirliyin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Azərbərpa Elmi Tədqiqat Layihə İnstitutu, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi, eləcə də Təhsil Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyəti haqqında məlumat verib.

Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra institutları ilə sıx əməkdaşlıq qurduğunu bildirən nazir Memarlıq və İncəsənət İnstitutu ilə əlaqələri xüsusi qeyd edib. Bildirib ki, dünyada memarlıq irsinin qorunması üzrə tələblər artıb. Bu gün fərqli mədəniyyətlərin bir araya gəlməsi diqqət mərkəzindədir. Əbülfəs Qarayev Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən söz açıb, bu təşəbbüsün artıq qlobal platformaya çevrildiyini vurğulayıb.

Sovet dönəmində mədəniyyət siyasətinin xüsusiyyətlərinə toxunan nazir müasir dövrdə oxşar çətinliklərlə üzləşən post-sovet ölkələrinin qloballaşmanın diktə etdiyi rəqəmsal transformasiyaya uyğunlaşmalı olduğunu və kreativ sənayelərə daha çox diqqət ayırmaqla yeni konseptual yanaşmaların tətbiqinə ehtiyac yarandığını bildirib. O, ölkəmizdə bu istiqamətə həyata keçirilən layihələr haqqında məlumat verib.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans barədə danışıb. Bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən elmi tədbir müxtəlif ölkələrdən mütəxəssisləri bir araya gətirib.

Qonaqlar da öz növbəsində ölkəmizdə reallaşdırılan mədəniyyət siyasətinin, həyata keçirilən müxtəlif layihələrin onların marağına səbəb olduğunu diqqətə çatdırıblar.

Rusiyanın Krasnodar Dövlət Mədəniyyət İnstitutunun prorektoru, professor Nikolay Denisov iqtisadi elitanın, maliyyəçilərin ölkənin yaradıcı elitası ilə təmasının inkişaf etdirilməsinin XXI əsrdə mədəniyyətin sənayeləşməsinə və özəl sektor tərəfindən dəstəklənməsinə müsbət təsirindən danışıb.

Sonda Özbəkistan Rəssamlıq Akademiyası Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru, professor Nodirbek Sayfullayev qonaqlar adından səmimi qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib, xatirə hədiyyəsi təqdim edib.

Tarix
2019.12.02 / 19:46
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Elmar Məmmədyarov şok faktları açıqladı – Müsahibə

Qarabağ kampaniyası başladı: hər kəsə çağırış edildi

Mahsundan generalımızla bağlı paylaşım - Foto

Şeyx Putinə müraciət etdi: Qriboyedovu xatırla...

Şəhidlərimiz var: əyləncəli verilişlər... - MTRŞ

AzTV şəhidlərə görə konserti ləğv etdi

2500 illik cinayət: Qazıntı zamanı tapıldı...

Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşdü

Vasif Talıbov 2 şagirdə xüsusi təqaüd verdi - Sərəncam

Orkestrin bədii rəhbəri rüşvətə görə həbs edildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla