Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2020


Bu dəfə Nərminin anası "özünü yandırdı"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 yaşlı uşağı xüsusi amansızlıqla qətlə yetirilən bir ana necə olur ki, Bakıda ev xülyasına düşür? Axı, yandırılmış Nərminin nəşi hələ soyumayıb... Cəmi 7 gündür balasını torpağa tapşıran ananın gözünə Bakı nə vaxt göründü?

Sonuncu dəfə ötən il noyabrın 21-də gördüyü qızının yanmış meyitini tapan bu qadın uşağının hələ torpaq altında narahat olan bədənini, evlərinin üstündə uçan ruhunu qoyub, necə Bakıya can ata bilir?

Sənin indi gözlərin Nərminin ruhunu axtarmalıdır, dilin söz tutmamalıdır.

“Bakıda yaşamaq üçün ev istəyirəm...”

Bu sözü necə belə asanlıqla dilinə gətirə bilirsən? Hamımızın beyininin hər hücrəsində Nərmin dolaşdığı halda, o uşağı 9 ay qarnında gəzdirən ana özünə indi yer tapmamalı idi. Onun özü üçün indi arzuladığı ev balasının yanı olmalı idi.

Nərmin yandırılan gündən içimiz yandığı üçün özümüzə yer tapa bilmirik.

“Mənim bundan sonra harada yaşamağımın nə mənası var, balam əzab içində yandıqdan sonra...” - deməli idin axı!

Bəlkə havalanmısan, bəlkə özündə deyilsən, nə dediyini bilmirsən, dərk etmirsən, kim bilir. Əgər belədirsə, onda evində salamat qalan balaların üçün gün ağla, dil aç, kömək istə. Bəlkə onda mən səni daha gözəl başa düşərdim, ay Nərminin anası.

Nərminin yanmış bədəni məzara qoyulduğu gün də onun üçün mərmərdən qəbir daşı, aylıq müavinət, yaxşı iş yeri istəyirdin, ay ana. Nərminin 7 mərasimində Bakıdan ev arzusuna düşmüsən. Nərmini Tovuzda qoyub Bakıya necə gələcəksən, fikrin qalmazmı onun yanında? Axı indi hava soyuqdur, Nərminin heç məzarının üstü də götürülməyib, soyuq olmazmı ona? İndi sənin evdən bir yorğan, bir xalça götürüb sürüyə-sürüyə qəbiristanlığa aparıb qızının üstünə örtən vaxtındır. Balası belə öldürülən ana ən yaxşı halda bəlkə də havalanmalı idi. Havası çatmamalı idi, dizləri yer tutmamalı idi...

Anası harasa gedəndə uşağı onun dalınca ağlayar. Bəlkə də Nərmin məzarının üstündə oturub, anasının yolunu gözləyir...

Biz Nərminin başına gətirilən bu olayı oxuduqca, yazdıqca havalanırıq, bəs sən necə belə soyuqqanlı ola bilirsən?!

Mən Nərminin başına o oyunları kim açıb, onun bədəninə odu kim vurub, benzini kim töküb, ayaqlarını kim külə çevirib bilmirəm, ancaq bildiyim yeganə şey odur ki, Nərmini yandıran sənin qəlbinin soyuqluğu, ona sağ ikən göstərmədiyin istilik olub. Sənin laqeydliyinə görə yanıb Nərmin...

Tarix
2020.01.16 / 09:19
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kənd əhalisi bir anda dəli oldu – ABŞ kimyəvi sınağı?..

Çin möhtəşəm türk tarixini gizlədir: Bu sirr açılsa... - Video

Niyə bu məqamda ermənilərlə həmrəy oldunuz?!

Ermənilərin səsi Bakıdan eşidilir: Nazirlik hərəkətə keçdi

Erməni alimdən Azərbaycan dili ilə bağlı şok - Video

Paytaxtda ana dilinə həsr olunmuş tədbir keçirildi – Foto

Koronavirus dilimizin orfoqrafiya lüğətinə salındı

"Qladiator" və "Troya"nın aktyoru öldü

Nailə Mirməmmədliyə BDU-da vəzifə verildi

Xalq şairinin adına Poeziya Evi üçün torpaq sahəsi ayrıldı

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla