Yuxarı

Cadu edilən adamda hansı əlamətlər olur? – Zirəddin

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cadu edilən adamda hansı əlamətlər olur? – Zirəddin

Cadunun gücü ilə, magiya ilə insanın ömrünə son qoymaq olar və bu, cinayətdir.

Kult.az xəbər verir ki, bu sözləri tanınmış ekstrasens Zirəddin Rzayev “İri Plan” kanalına geniş müsahibəsində deyib. O bildirib ki, gələcəkdə ola bilsin ki, Cinayət Məcəlləsinə cadu ilə insanı öldürməyə görə məsuliyyət nəzərdə tutan maddə daxil edilsin.

Son vaxtlar insanlarda yayılan “panik-atak” xəstəliyi ilə bağlı ekstasens deyib ki, bu, cadu əlaməti də ola bilər:

“Cadu olunan adamlarda müəyyən simptomlar üzə çıxır. Onlardan biri də qorxulu yuxular, səbəbsiz yerə qorxmalar, həyəcan təbili, həyəcan siqnalı, liftin içində, dar küçədə, zirzəmidə, avtobusda, metroda özünü həddən artıq pis hiss etməkdir. Bu insanlar elə bilir ki, hər şey onların üstünə gəlir, sıxılır, havası çatmır, qorxur, qaçmaq istəyir, işıq yeri axtarır... Buna psixologiyada "panik-atak" deyilir. Amma hər panik-atak o demək deyil ki, sənə cadu olunub və yaxud hər panik-atak psixoloji problem olduğu anlamına gəlmir. Bunun səbəbini araşdırmaq lazımdır. Cadu olunan adamla nevrozun keçirdiyi hisslər eynidir. Cadu olunan adam gedir psixoloq yanına, psixoloq deyir, səndə nevrozdur və min cür dava-dərman edir, adam sağalmır. Və yaxud əksinə, nevroz adam gedir görücünün yanına, görücü yanlış olaraq deyir ki, səndə cadu var”.

Zirəddin Rzayev həmçinin bildirib ki, cadu təmizləyə bilir:

“Cadu təmizləyirəm və ümumiyyətlə, cadu təmizləmək üzrə manyakam. Bu, elə mənim əsas mübarizə apardığım haldır”.

Tarix
2020.01.21 / 01:28
Müəllif
Kult.az
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla