Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Fevral 2020


Zirəddin: Nərmin qətlində polislərlə təmasda idim... – Sensasiya

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

20.01.19. 23:06

Tanınmış ekstrasens Zirəddin Rzayev “İri Plan” Yutub kanalına maraqlı müsahibə verib.

Kult.az sözügedən müsahibəni ixtisarla təqdim edir:

- 2020-ci il o qədər də xoş gəlmədi. Necə davam edəcək?

- Əsl yeni il 21 martda başlayır, bizim Novruz bayramımızda. İl hələ təzələnməyib, ona görə baş verən qanlı hadisələri 2020-ci ilə aid edə bilmərik.

2020-ci il 2019-cu ildən elə də fərqlənməyəcək.

- Zirəddin falçılardan nə ilə fərqlənir?

- Fal – hər hansı əşyanın yardımı, köməyi ilə gələcəkdən xəbər verməkdir. Novruz bayramında belə qızların fala baxması... - onlar falçı deyil ki! İslamda fal haramdır. Öncəgörmə, bəsirət gözünün açıq olması isə fal deyil. Əgər ana yuxuda yatıb görürsə ki, Amerikada oxuyan övladı xəstələnib və səhər övladına zəng edəndə oğlu bunu təsdiqləyirsə, bu, faldırmı? Ona görə əgər Zirəddin yuxuda görürsə və bu baş verirsə, yaxud məndə öncəgörməlik varsa, kim istəyir buna fal desin, cadugərlik desin, baxıcılıq desin... Hərə öz səviyyəsində qiymətləndirir.

- Zirəddin 100 faiz bilirmi?

- Yox, Zirəddin yüz faiz bilə bilməz.

- Müsahibələrinizin birində belə bir söz işlətmişdiniz ki, mən ilk dəfə öz xalamın ölümünü görmüşdüm...

- Bəli.

- Pis xəbəri görmək sonradan qınaq obyekti olmağınıza səbəb olmadı ki?

- Uşaq vaxtı çox qəribə yuxular görürdüm. Bir gün yuxudan oyandım, bina evində idik, anama dedim ki, Ay quş oldu, yerə düşdü, qıza çevrildi, sonra quşa çevrildi, uçub getdi, bizim evdə bu yerdə isə (əlimlə göstərdim) qara böcəklər yarandı. 10-11 yaşım vardı onda. Sonra anama dedim ki, ürəyim dəmir üzərində qızardılmış ət istəyir. Anam otağın qapısını örtdü, ora tüstü getməsin deyə, başladı dəmirin üstündə mənə ət qızartmağa. Bu zaman mətbəxdə qaz şlanqı çıxır və mətbəx alışır. Biz qapını açanda tüstü olduğu üçün heç nə görmürdük. Sonra birtəhər özümüz odu söndürdük. Haranı mən göstərmişdimsə, orda qara-qara kösövlər vardı. Bunu da anam dedi. Sonra da məni danladı ki, bir də yuxunu danışma, bayquş kimi yuxuda nə görürsən danışırsan, hamısı da başımıza gəlir...

Olub yəni, uşaq vaxtı yuxularımın çin çıxmağı anamın məni qınaq obyektinə çevirməsinə səbəb olurdu.

Zamanı gəldikcə anam dərk elədi məni.

- Niyə bəd hadisələri, bədbəxtlikləri Zirəddin daha tez görür?

- Bilirsiniz, həkim yalnız insanlardakı xəstəlikləri görə bilər. Həkimin vəzifəsi budur. Bizim vəzifəmiz də budur ki, insanların qarşılaşdığı bədbəxtlikləri görüb, onları xəbərdar edək.

Cadu insanı öldürə bilər

- Cadu insanı öldürə bilərmi?

- Bəli, cadunun gücü ilə, magiya ilə insanın ömrünə son qoymaq olar və bu, cinayətdir. Ola bilsin ki, nə zamansa Cinayət Məcəlləsinə cadu ilə insanı öldürmək də düşəcəkdir. Elm inkişaf etsə, bu olacaq. Çünki cadu ilə insanı öldürmək mümkündür.

- Zirəddin bəddua edibmi?

- O qədər! Bəddua etmişəm. Bilirsiniz, hər saat onu etmirəm. Amma ruhumu sızladan, incidən məqam olanda edirəm. Mənim bürcüm əqrəbdir – toxunmayın, toxunmayım. Amma məni sancan insana zəhərimin son damlasına qədər buraxacam. Bu xasiyyət məndə var.

- Ekstrasens olmaq Zirəddinə nə verdi, nə aldı?

- Həyatımın hüzurunu pozdu, sağlamlığımı əlimdən aldı, yuxularımı pozdu – normal yata bilmirəm mən. Digər tərəfdən də hörmət sahibi etdi, insanların sevgisini qazandırdı, mənə təbiəti – cansız və canlı aləmi duymağı öyrətdi. Bundan bəzən ləzzət alıram. Bəzən də həmin həzzlə bağlı işgəncə də alıram. Çünki təbiətə qarşı çox həssasam.

Nərminin qatilinin impotent olduğunu görürəm...

- Gündəmdə olan məsələlərdən biri 10 yaşlı Nərminin qətli və yandırılmasıdır. Bu, ictimaiyyətdə böyük rezonans doğurub. Qatil artıq bəllidir, ancaq bəziləri onun bu hadisəni törətdiyinə inanmır. Zirəddin necə düşünür?

- Nərmin hadisəsi ilə bağlı polislərlə sıx təmasda idim. Polislər məndən informasiya istəyirdilər, amma mənə heç bir informasiya vermirdilər. Görücü Allah deyil, onun gücündən istifadə etmək üçün ona kömək etmək lazımdır. Mənə şəkil verələr, ad deyələr, qohumdu, ya qonşudu şübhələndikləri... Məsələn, 10 nəfərdən şübhələnirsiniz, onları deməlisiniz ki, mən nəsə deyə bilim. Amma mən divarla öz-özümə danışa bilmərəm.

Hazırda şübhəli qismində saxlanan və cinayəti etiraf edən adama baxanda onda kişiliklə bağlı problem görürəm. Onun sağlamlığı yerində deyil – ya yarım vəziyyətdədir, ya da ümumiyyətlə onda kişilik potensialı yoxdur. Hələlik güc strukturları orda zorakılıq olub-olmaması barədə rəsmi açıqlama verməyiblər, ancaq mən nədənsə orda zorakılıq görürəm. Amma cinayətkara baxanda, onun impotent olma ehtimalının böyük olduğunu hiss edirəm və bu məni çaşdırır...

- Niyə bizdə baxıcıya, ekstrasensə getmək ayıb sayılır?

- Bu, sadəcə, insan psixologiyasıdır. Bizdə psixiatra gedənlər də gizlədirlər bunu və yaxud uroloqa gedən kişi bunun bilinməsindən utanır. Ekstrasensə də eləcə.

Alın yazısından çıxmaq olmaz

- Ekstrasens olmasaydınız, həyat yoldaşınızla necə tanış olacaqdınız?

- Qəribə sual verdiniz. Mən taleyə inanıram, fatalistəm. Əgər Allah yazıbsa, olacaq. İnsan alın yazısından kənara çıxa bilməz. Allah insana azadlıq da verib, ancaq alın yazısı da var, orda insan məhkumdur.

- Övladlarınızda bu vergi olsa, qarşısını ala bilər, yoxsa imkan yaradarsınız ki, onlar da ekstrasens olsun?

- Qızımda da, oğlumda da var. Ancaq mən istəməzdim onlar bununla məşğul olsun. Çünki bu sahədə dəmir psixika, iradə lazımdır. Ən ağır sahə insanlara xidmətdir. Onların içində də ən çətini ekstrasensorikadır. Çünki insanların münasibəti birmənalı deyil bu sahəyə: inananı var, inanmayanı var. Ona görə də uşaqlarımın bu sahədə olmasını istəmirəm. Amma təəssüf ki, onlarda bu qabiliyyət var.

- Nəyə görə ekstrasenslər onların qəbulunda olan məşhurları piar edirlər?

- Mənə də sual edirlər ki, məşhurlardan kim olub sənin yanında? Mən məşhurlarla olan dostluğumu deyirəm. Kimlərlə münasibətim yaxşıdır, kimlərlə dostam... Mənim haqqımdır da, kimlərləsə dost ola bilərəm. İndi mən görücüyəm deyə, hansısa məşhurla dostluğumu gizlətməliyəmmi? Amma yanıma niyə gəldi, videolar paylaşım ki, filan məşhur mənə müraciət etdi, bu, özünüreklamdan başqa bir şey deyil.

- Niyə Zirəddin azərbaycanlı ekstrasensləri bəyənmir?

- Mənimçün sübutlar, faktlar ən gözəl göstəricidir. Mən, ümumiyyətlə, Rusiyanın özündə də ekstrasensləri bəyənmirəm, Rusiyada da ekstrasens tanımıram.

- Zirəddin özünə baxdırıbmı?

- Mən mediaya açıqlamalar verəndən və səhhətimlə bağlı danışandan, hansı xəstəliyimin olduğunu deyəndən sonra müəyyən müraciətlər olub ki, onda bu xəstəliyi görürəm, diqqətli olsun və s. Ancaq özüm heç vaxt görücüyə müraciət etməmişəm.

- Zirəddin öz-özü üçün baxa bilirmi?

- Bəli. Hər şeyi görə bilmərəm özüm haqda, ancaq çox şeyi görürəm.

- Son vaxtlar yayılan xəstəliklərdən biri də panik-atakdır. Bu, xəstəlikdir, yoxsa qarabasma, cingörmə?

- Sualınızı tam başa düşdüm. Cadu olunan adamlarda müəyyən simptomlar üzə çıxır. Onlardan biri də qorxulu yuxular, səbəbsiz yerə qorxmalar, həyəcan təbili, həyəcan siqnalı, liftin içində, dar küçədə, zirzəmidə, avtobusda, metroda özünü həddən artıq pis hiss etməkdir. Bu insanlar elə bilir ki, hər şey onların üstünə gəlir, sıxılır, havası çatmır, qorxur, qaçmaq istəyir, işıq yeri axtarır... Buna psixologiyada "panik-atak" deyilir. Amma hər panik-atak o demək deyil ki, sənə cadu olunub və yaxud hər panik-atak psixoloji problem olduğu anlamına gəlmir. Bunun səbəbini araşdırmaq lazımdır. Cadu olunan adamla nevrozun keçirdiyi hisslər eynidir. Cadu olunan adam gedir psixoloq yanına, psixoloq deyir, səndə nevrozdur və min cür dava-dərman edir, adam sağalmır. Və yaxud əksinə, nevroz adam gedir görücünün yanına, görücü yanlış olaraq deyir ki, səndə cadu var.

Cadu təmizləmək üzrə manyakam

- Zirəddin cadu təmizləyə bilir?

- Mən cadu təmizləmək üzrə manyakam. Əlbəttə təmizləyirəm. Bu, elə mənim əsas mübarizə apardığım haldır.

- Dostunuz Elza Seyidcahan deputatlığa namizədliyini irəli sürüb. Sizcə, o deputat ola biləcək.

- Çox istərdim ki, Elza deputat olsun. Amma təəssüf ki, bu seçimlərdə onu görmürəm.

- Ümumiyyətlə, şou-beznesimizdə nə dəyişəcək.

- Ciddi fərq olmayacaq.

- Bəzən deyirlər ki, istər vəzifə adamları, istərsə də şou-biznes simaları məşhurluğu baxıcıların, ekstrasenslərin köməyi ilə əldə edirlər. Bu fikrə münasibətiniz?

- Bu, normaldır. Mən bu yaxında Yutubda bir videoya rast gəldim. Görücülərdən biri Fazil Məmmədovun (keçmiş vergilər naziri) ona müraciət etdiyini danışırdı, deyirdi, mən onunçün bunu elədim, bu qədər pul verirdilər mənə, məndən başqa digərləri də vardı... Bilirsiniz, heç vaxt bir kişi, bir mütəxəssis, bir insan kiminsə sirrini o vəzifədən çıxandan sonra açıb danışmamalıdır. Mənə də çox müraciət olunub, Azərbaycanda görüşmədiyim məmur, demək olar ki, qalmayıb: özləri də yəqin mənim bunu dediklərimi görəcəklər. Mənim yanıma məmurların 100-də 90-ı gəlib: onların vəzifədən çıxanı da var, bu gün də onlarla münasibətim qalır, dostluğumuz davam edir, hörmətim də onlara böyükdür. Vəzifədən çıxan kimi mən əgər bunu ictimailəşdirsəm ki, filankəs mənim yanımda olub, belə edib-filan, bu gün mənə ikinci bir məmur müraciət etməyəcək, inanmayacaq, güvənməyəcək...

- Tünzalə Ağayeva konfet biznesi qurduğunu açıqlayıb. Uğur qazana biləcəkmi?

- O da mənim yaxın dostlarımdan, sevdiyim müğənnilərdən biridir.

- Uğur qazana biləcəkmi?

- Belə də - orta...

- Mübahisə doğuran məsələlərdən biri də sizin Natəvan Həbibi haqda dediklərinizdir. Demişdiniz, ailə görmürəm, ancaq övladı olacaq... Övladı oldu, amma ailəsi də var.

- Allah eləsin, Natəvan xanım həmişə ailəli olsun, həmişə ailəsi ilə birgə, xoşbəxt olsun. Ancaq mən o sözü demişəmsə, fikrimi dəyişməyəcəyəm.

- Deyirlər, Zirəddin 1000 dollara baxır, doğrudur?

- Ümumiyyətlə, iqtisadi məsələlərlə bağlı danışmağı sevmirəm, bu söz mənə çirkin gəlir...

Tarix
2020.01.20 / 10:30
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Gənc sədr Rafiq Həşimova yüksək vəzifə verdi

Bakıda şagirdlərdən himn zamanı maraqlı addım - Video

Əli bəy kimdir: mason, şeyx nəvəsi, yoxsa?.. - Faktlar

Əməkdar artistə Mehriban Əliyevadan böyük dəstək

AzTV-dən Xocalı soyqırımı ilə bağlı yeni videoçarx

Məşhur müğənni qazdan boğuldu

Çin möhtəşəm türk tarixini gizlədir: Bu sirr açılsa... - Video

Ermənilərin səsi Bakıdan eşidilir: Nazirlik hərəkətə keçdi

Erməni alimdən Azərbaycan dili ilə bağlı şok - Video

Paytaxtda ana dilinə həsr olunmuş tədbir keçirildi – Foto

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla