Yuxarı

Hacılı və Cəlaloğlunun şok seçki planı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacılı və Cəlaloğlunun şok seçki planı

Parlament seçkilərinə 4 gün qalıb. Aldığım şok məlumata görə, bəzi müxalif simalar seçki ilə bağlı sensasion planlar qurublar.

Xüsusən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Müsavat Partiyasının başqanı Arif Hacılı seçkidə “necə edək, nağayraq, nə təhər edək ki, seçilməyək?” yarışına giriblər.

Haqqüçünə, yarış uğurlu başlayıb və uğurla da davam edir: təbliğat-təşviqat kampaniyası müddətinin başlamasından təxminən 20 gün keçib, bu iki namizədin seçicilərlə görüşünü əks etdirən xəbərlərə, fotolara rast gəlmək mümkün deyil. Sosial şəbəkələrdə paylaşılan tək-tük şəkillərdən başqa heç nə nəzərə çarpmır. O şəkillər də candərdi, üstünə “adyal atılaraq”, başına kəlayağı bağlanaraq paylaşılır ki, görən olmasın!

Sərdar Cəlaloğlu ümumiyyətlə daha aktivdir: evə qapanıb seçki təbliğatını meditasiya üsulu ilə aparır. Kainata seçilməməsi ilə bağlı enerji göndərir.

15 saylı Yasamal I seçki dairəsindən namizədliklərini irəli sürən bu iki müxalif lider rəqiblərinin – bu kontekstdə əlbəttə ki, YAP namizədindən söhbət gedir - seçilməsi üçün dəridən-qabıqdan çıxırlar, əllərindən gələni də, gəlməyəni də edirlər.

Bu yarışın ən ideal sonluğu isə müxalif liderlərin seçkiyə verəcəyi qiymət olacaq. Yəni Arif Hacılı və Sərdar Cəlaloğlu fevralın 9-da, gecə saatlarında qəflətən peyda olub, “seçki saxtalaşdırılıb” da deyə bilərlər.

Bu, olduqca vacib məqamdır. Çünki özlərinin müxalif siyasi lider olmağını təsdiqləyəcək yeganə variantın seçkilərin saxtalaşdırılmasını deməkdən başqa yolunun da olduğunu 25 ildə bu şəxslər kəşf etməyiblər.

Əvəzində isə daha fərqli kəşflərə imza atıblar: məsələn, mühacir biznesinə yeni-yeni çalarlar əlavə ediblər...

Bu liderlərin eyni dairədən namizəd olması da bir ayrı pəstahadır. Ola bilər ki, seçki günü peyda olsunlar və birgə “konfrans” keçirib, necə “uduzdurulduqlarını” açıqlasınlar. Tək əldən səs çıxmaz axı, “ikisi birində” daha yaxşıdır.

Böyük strateji, gələcəyə hesablanan qeyri-adi metoddur...

Tarix
2020.02.05 / 11:12
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla