Yuxarı

Koronavirus dilimizin orfoqrafiya lüğətinə salındı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirus dilimizin orfoqrafiya lüğətinə salındı

Son günlər dünyada tüğyan edən yeni növ virusun - koronavirusun yayılması dilimizdə bu sözün istifadəsini artırıb.

Bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, koronavirus Azərbaycan dilinə yeni daxil olan söz olduğuna görə yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əlavə olunub:

"Koronavirus beynəlxalq ad və beynəlmiləl söz olduğuna görə biz bunu öz dilimizə tərcümə edə bilmədik. Çünki bu söz dünyada olduğu kimi qəbul edilib. Artıq koronavirus iki sözün birləşməsindən əmələ gələn mürəkkəb söz kimi yeni lüğətimizə də salınıb. Sadəcə olaraq, lüğətdə məna qeyd olunmadığına görə bu adın da mənası qeyd olunmayacaq".

M.Nağısoylu xatırladıb ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" mart ayında çapdan çıxacaq.

Tarix
2020.02.21 / 11:50
Müəllif
Kult.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla