Yuxarı

Özündən 24 yaş böyük kişi ilə evlənən xalq artisti

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özündən 24 yaş böyük kişi ilə evlənən xalq artisti

Bu gün görkəmli xanəndə, xalq artisti Sara Qədimovanın anım günüdür. Kult.az Sara Qədimova ilə bağlı 9 faktı təqdim edir:

1. Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Uşaqlıq illəri isə Qarabağda, Gülablı kəndində keçib.

2. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi görkəmli sənətkarlar tez-tez Gülablıya gələr, yerli xanəndələrlə məclislər qurardılar. Sara xanımın atası ilə bu məclislərdə iştirak etməsi onun sənətkar kimi formalaşmasında rol oynayıb.

3. Sara Qədimova görkəmli tarzən Qurban Pirimovun yaxın qohumu olub.

4. Sənətkarın əvvəlcə anası, iki il sonra isə atası vəfat edib. Bu zaman onun cəmi 16 yaşı vardı.

5. Sara xanım 22 yaşında Tibb Texnikumunda oxuyarkən özündən 24 yaş böyük Qədir İslamzadə ilə ailə qurub. Bu izdivacdan görkəmli müğənni Akif İslamzadə dünyaya gəlib.

6. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovla xalq şairi Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu “Şəfqət bacısı” mahnısı qəhrəman Azərbaycan qadınının rəmzinə çevrilib.

7. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın Leyli və Əsli obrazları da tez-tez xatırlanır. Müğənninin ifasında “Qarabağ şikəstəsi” isə Azərbaycan musiqi tarixində özünəməxsus yer tutur.

8. Sara Qədimova əcnəbi dillərdə 25 mahnı ifa edib və lentə yazdırıb.

9. 1960-cı ildə Misirdə qastrol səfərində Sara xanım məşhur ərəb müğənnisi Fehruz xanımla və dünya şöhrətli bəstəkar-müğənni Fərid Əl-Ətraşla tanış olub. Hər iki sənətkar S.Qədimovanın ifasını yüksək qiymətləndirib.

Qeyd edək ki, Sara Qədimova 12 may 2005-ci ildə vəfat edib.

Tarix
2020.05.12 / 22:27
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanın vasitəsilə bu imkanlar açılıb - Paşinyan

30 ildən artıq vaxt keçib, onlar hələ də itkindir...

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla