Yuxarı

6 gün komada qalan Tatlısəsdən son xəbər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur sənətçisi, Azərbaycanda da çox sevilən İbrahim Tatlısəsin yeni əməliyyatının uğurlu keçdiyi təsdiqlənir.

ANS press-in məlumatına görə, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənnisi İbrahim Tatlısəs 6 günlük komadan sonra ayılıb və palataya köçürülüb.

Həyatı təhlükə ilə üz-üzə qalan müğənninin dostlarından rejissor Murat Uyqur əməliyyatın uğurlu keçməsi səbəbilə cümə günü gündüz saatlarında Taksim meydanında 2050 ədəd Qurani Kərim kitabı paylayacaqlarını deyib.

"Vətəndaşlarımızdan İmperator üçün xeyir-dua istəyirik. Təxminən 30 il əvvəl tikintidə fəhləlik edən qarayanız bir gəncin həm musiqi, həm də musiqi dünyasında dırnaqları ilə qazıya-qazıya zirvəyə qalxmasının tarixçəsini bütün Türkiyə bilir. Sağalıb yanımıza qayıtmağını istəyirik", – deyə rejissor sözlərinə əlavə edib.

Qeyd edək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir müalicə alsa da, hələ tam sağalmayıb. Uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşsa da, qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı.

Əməliyyatın ilk günlərində oğlu atasının həyati riski qaldığından narahatlığını sosial şəbəkədə paylaşmışdı.

Tarix
2015.03.20 / 02:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla