Yuxarı

Bağırzadə 2 aparata qoşuldu: sevindirici xəbər olacaq?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağırzadə 2 aparata qoşuldu: sevindirici xəbər olacaq?

11:54

Bəhram Bağırzadənin səhhətində son 1-2 gündə yaxşılaşma müşahidə edilir.

Bunu Axar.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı deyib.

O bildirib ki, Bəhram Bağırzadə sözügedən hospitala başqa müalicə mərkəzindən ağır vəziyyətdə köçürülüb:

“Vəziyyətinin ağırlığı koronavirus infeksiyasına bağlı olan kəskin ağciyər çatışmazlığı ilə izah olunurdu. Xəstə dərhal reanimasiya şöbəsinə qəbul edilib və reanimatoloqlar tərəfindən ağciyərlərin süni ventilyasiya cihazına qoşulub. Görülən tədbirlər və müalicə ilə təəssüf ki, qanın oksigenlə zənginləşməsini qənaətbəxş səviyyəyə qaldırmaq mümkün olmadı və bunu nəzərə alaraq geniş tərkibli həkim konsiliumun qərarı ilə xəstənin EKMO cihazına qoşulması qərara alındı. Bu, gecə saatlarında icra edildi. Artıq hər iki aparatda qaldığı üçün Bağırzadənin ümumi vəziyyətində stabilləşmə əldə edilib.

Son 1-2 gündə isə cüzi yaxşılaşma qeyd edilir. Təkrar qeyd etmək istərdim ki, Bağırzadənin vəziyyəti bu gün də ağır olaraq qiymətləndirilir. Ümidvaram ki, yaxın günlərdə sevindirici xəbər verəcəyəm”.

Tarix
2020.06.24 / 15:03
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

Əliyev və Pezeşkianın görüşündəki rəsmin mesajı...

Azərbaycan Türkiyə və İsrail arasında... - İsrail

Simonyan Bakıya mümkün səfəri barədə danışdı

Bayramov Kestutis Budrislə danışdı

Ermənistana 989 ton olan dizel göndərildi

Prezident San Marinonun Regent Kapitanlarını təbrik etdi

İlham Əliyev Pere Joan Pons Sanpietronu qəbul etdi

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla