Yuxarı

Əli və Ninonun ilk birgə görüntüsü – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli və Ninonun ilk birgə görüntüsü – Foto

Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan "Əli və Nino" filminin çəkilişləri davam edir.

Axar.az Əli və Nino cütlüyünün filmdən olan ilk birgə fotosunu təqdim edir. Fotonu Feysbuk sosial şəbəkəsi istifadəçisi Leyla Əliyeva paylaşıb.

Aprelin 1-dən etibarən İçərişəhərdə yenidən başlayan çəkilişlər ayın 14-dək davam edəcək. Ötən gün 1918-ci ildə baş vermiş Bakı döyüşünün səhnələri çəkilib.

Filmin çəkilişləri Azərbaycan Dövlət Opera və Balet teatrında da aparılıb. Əli və Nino Bakı şəhər opera teatrında "Yevgeni Onegin" tamaşasını izləməyə gedirlər. Məhz burada Əli erməni Məlik Naçararyanın Ninoya laqeyd olmadığının şahidi olur.

Bundan başqa, çəkilişlər Qubanın qədim Xınalıq kəndində də aparılıb. Burada Əli və Ninonun Dağıstan səfəri göstərilib.

Bakıdan sonra çəkilişlərin İran, İstanbul və Tiflisdə aparılması planlaşdırılır.

Xatırladaq ki, Qurban Səidin "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Filmdə baş rolları Adam Bakri və Mariya Valverde canlandırırlar. Aktyor heyətinə Mendi Patinkin, Konni Nilsen, Rikkardo Skamarço, Humayun Ərşadi, Halit Ergenç, Numan Acar, Fəxrəddin Manafov, Rasim Cəfərov, Pərviz Bağırov, Dəniz Tacəddin və digərləri daxildir.

Tarix
2015.04.09 / 14:47
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla