Yuxarı

Cümhuriyyətin ilk sədası İrəvandan gələcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cümhuriyyətin ilk sədası İrəvandan gələcək

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təşəbbüsü ilə 17-24 aprel tarixində "Çanaqqala zəfəri" beynəlxalq layihəsi həyata keçiriləcək.

Axar.az xəbər verir ki, layihə Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağı, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı ilə birgə Çanaqqala qələbəsinin 100-cü ildönümü münasibətilə reallaşacaq.

Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin müəllifi olduğu layihə çərçivəsində konfrans və görüşlərin təşkili də nəzərdə tutulur. Tədbirlərə Dövlət Mahnı Teatrının səhnəsində İrəvan teatrının bu layihə üçün hazırladığı türk yazıçısı Dəmət Çizməlinin "Cümhuriyyətin ilk sədası" adlı tamaşaya baxışla yekun vurulacaq.

Tamaşaya gənc rejissor Nicat Mirzəzadə quruluş verib. Səhnə əsərində əsas rolları - Atatürkün obrazını Natiq Həziyev, Qarabəkir paşanı Əhliman Ərşadlı canlandıracaq. Digər rollarda isə əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Rövşən Cəfərov və başqaları çıxış edəcəklər.

Tarix
2015.04.11 / 14:12
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla